NASA dünyaya bənzər planet kəşf etdi

  • 01 Avqust 2019

NASA-nın TESS peyki, son zamanlar etdiyi kəşflərə yenisini əlavə edərək Dünyaya son dərəcə oxşar olan bir Dünya kəşf edib. İnsan həyatı üçün yaşam şərtləri ehtiva etdiyi düşünülən bu planetin səthində maye halda su saxlaya biləcəyi də hesab edilir.

Chip.az xəbər verir ki, NASA-nın planet kəşf peyki TESS, son zamanlarda bir çox kəşflərlə gündəmdədir. Aprel ayında Dünya miqyasındakı ilk planeti kəşf edən və iyul ayında bir sistemdə üç ədəd daha kəşf edən TESS, bu həftə ərzində Dünyaya bənzər bir planet kəşf edib. 
 
Super Dünya ölçüləri Dünyadan böyük olan, ancaq Günəş sistemimizdə Neptun və ya Urandan kiçik olan planetlərə deyilir. TESS-in kəşf etdiyi Super Dünya isə yaşamaq üçün yararlı olmağı ilə diqqət çəkir.

GJ 357 d kimi tanınan planet, Dünyanın ən az altı qatı böyüklüyündə və içərisindəki maddələr hələ də bilinmir. GJ 357 d, eyni zamanda öz ulduzuna, yaşamağa yararlı bir məsafədə yerləşir. Bütün bunlarla yanaşı GJ 357 d-nin səthinin qayalı olması və uyğun bir atmosferə sahib olması səthində maye su olma ehtimalını artırır.
 

Kəşfi edən araşdırmanın müəlliflərindən olan Diana Kossakowski, "GJ 357 d, gərgin atmosferi olması səbəbindən kifayət qədər istini səthində həbs edə və maye suyu səthində saxlaya bilər" şəklində bəyanat verib.
 
G357 d, ulduz sistemi içərisindəki tək planet deyil. Super Dünya, eyni zamanda iki qardaş planetə malikdir. Dünyadan 22 % nisbətində daha böyük olan və Merkurinin Günəşə olan uzaqlığından 11 qat daha yaxın bir orbitə sahib olan GJ 357 b ilə yanaşı GJ 357 c adlı bir planet daha var. 

GJ 357 d-ni bizim üçün əhəmiyyətli edən yalnız 31 işıq ili uzaqda olması və Dünyaya ən yaxın  Super Dünya kimi qarşımıza çıxmasıdır. Gələcəkdəki araşdırmalarda planetin bir atmosferə sahib olub olmadığı, hətta içərisində həyat olub olmadığı araşdırılacaq.

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır