Amerika ordusu Sentient adlı süni beyin istehsal etdi

  • 01 Avqust 2019

Amerika xüsusi xidmət orqanları və ABŞ ordusu, 2010-cu ildən bu yana üzərində çalışdıqları gizli layihə çərçivəsində Sentient adlı süni beyin istehsal etdi.

Chip.az bildirir ki, ABŞ-da keçdiyimiz günlərdə gizli məlumatlar ehtiva edən bəzi məlumatlar yayımlandı. Bu sənədlərə görə, Milli Kəşfiyyat Ofisi NRO, Sentient Proqramı adı altında tamamilə təhlükəsiz kəşfiyyat sistemi qurdu. Peyk mövqelərini koordinasiya edə bilən bu sistem, yaxın zamanda ordu əməliyyatlarında da istifadə edilə biləcək.

 

Ordu və hökumət rəsmiləri, birbaşa süni zəkanın imkanları və müharibələrdə istifadə mövzusundakı suallara qısa cavab verdiyi üçün Sentient Proqramı haqqında çox məlumat yoxdur.

 

Belə ki, ölkənin təhlükəsizliyi istiqamətində Sentient haqqındakı digər detallar məxfi qalacaq.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır