NBA 2K20-nin musiqi siyahısı bəlli oldu

  • 01 Avqust 2019
  • 30

2K, etdiyi açıqlamada birlikdə son 18 ilin ən çox xal alan və ən çox satan NBA video oyunu seriyasının ən yeni variantı NBA 2k20 üçün, aralarında Drake, Meek Mill, Billie Eilish, Post Malone və Nipsey Hussie kimi adların olduğu 50 musiqədən ibarət ən geniş musiqi siyahısını elan etdi.

Chip.az bildirir ki, bütün mahnılar 2K tərəfindən seçilib və əfsanəvi musiqi təşəbbüskarı və iş adamı olan Stiv Stoute tərəfindən müstəqil musiqiçilərə musiqi sənayesində alternativ olması üçün yaradılan Unitedmasters tərəfindən təsdiq olundu.

 

Hip-hop, R&b, elektronik, pop və rok janrındakı bir çox mahnı isə il ərzində dinamik olaraq oyuna əlavə olunmağa davam edəcək.

 

United Masters və Translation-ın Qurucusu və İcraçı Direktoru Stiv Stoute məsələ ilə bağlı, "NBA 2K, oyun dünyasında mədəniyyət və idmanın mərkəzi halına gəlmiş vəziyyətdədir və musiqiləri bu uğurda çox böyük bir rola sahibdir.

Bu ilin musiqiləri il ərzində daha əvvəl eşitmədiyiniz, gələcəyin yüksələn ulduzlarının mahnıları müntəzəm olaraq yenilənməyə davam edəcək." –açıqlama verib.

 

Bu ilin musiqi siyahısında olan bütün hissələrin siyahısı ötən həftə sonu Çikaqoda keçirilən ComplexCon-da dərc olunub. Həyata keçirilən şouda 2K, basketbol, texnologiya, dəb və musiqi nümayiş olunmaq istiqamətin panel təşkil olunub. Paneldə Stiv Stoute, Paul Rivera, Karl-Entoni Towns, Don C və NLE Choppa kimi əhəmiyyətli adlar ilə 2K-in bu mədəniyyətin inkişafında oynadığı rol haqqında danışılıb.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Programlar

Facebook, Yaxındakı Dostlar Xüsusiyyətini Yenidən Hazırlayır

Dünyanın ən böyük sosial media platforması mövqeyində olan Facebook, istifadəçilərin özünə yaxın bir mövqedə olan dostlarını lentə aldığı "Yaxın Dostlar" xüsusiyyətini y

İnstagram, səsli mesajlaşma funksiyasını istifadəyə verdi

Chip.az bildirir ki, sözü gedən sosial media proqramının direct bölməsinə səsli mesajların göndərilməsi funksiyası əlav

İnstagram, Facebook, WhatsApp platformaları ciddi problemlə qarşı-qarşıyadır

Bu səbəbdən adı çəkilən sosial media istifadəçiləri öz reaksiyalarını Twitter vasitəsilə yayımlamağa və yaranmış bu vəziyyəti aydınlaşdırmağa çalışıblar.

Test məqsədli funksiyalar səhvən İnstagram hesablarına yükləndi

Chip.az bildirirki, İnstagram platformasının meneceri Adam Mosseri tərəfindən verilən açıqlamaya görə, bu funksiyalar test xar

Sosial şəbəkələr öz auditoriyasını itirir

Sosial şəbəkələr böhran yaşayır, populyar platformalar loyal auditoriyalarını itirirlər və əgər istifadəçilər “Facebook”u şəxsi məlumatların ötürülməsi ilə bağlı qa