Ağıllı telefon sektorunda lider olan Samsung, yeni tableti Galaxy Tab S6-nı rəsmi olaraq tanıtdı.
Chip.az xəbər verir ki, xüsusiyyətləri baxımından iPad Pro-ya oxşayan tablet, Tab S4-dən daha incə, daha yüngül və daha sürətli bir şəkildə son istifadəçiyə çatacaq. Tablet 6 sentyabr tarixində satışa təqdim olunacaq.
Samsung yeni tableti Galaxy Tab S6-nı rəsmi olaraq təqdim edib. Son texnologiyanı istifadə edən tablet, eyni zamanda istəyə bağlı bir klaviaturalı örtüklə birlikdə gəlir.
Galaxy Tab S6, 16:10, 10,5 düyümlük 2560x1600 həll oluna bilməli OLED bir ekranla gəlir. S4-ün çərçivələrinin incəldilmiş bir növünə oxşayan Tab S6, üz tanıma sistemi və ekran daxilində barmaq izi ilə diqqət çəkir.
Cihazın qalınlığını 5,7 mm olan və çəki məsələsində də 420 qram dəyərində olan tablet, içərisində 7.040 mAh-lıq bir batareya ilə birlikdə gəlir və 15 saatlıq istifadə vəd edir.
Arxada ikili bir kamera sisteminə yer verən Samsung, 123 dərəcəlik sensoru geniş aspektli fotolar çəkmək üçün istifadə edir. Bütün bunlarla yanaşı S Pen-nin yapışdırdığı maqnetik bir cizgi də arxa paneldə yerləşir.
Nigar Həsənova