Saxta batareyalı iPhone 5s ustanın sifətinə partladı (Video)

  • 31 İyul 2019
  • 70

Ağıllı telefonlarda hissələrin dəyişiklik prosesi bahalı olduğu üçün üçüncü partiya parçalar dünya miqyasında üstünlük səbəbi halına gəlir, ancaq son zamanlarda baş verən partlayış hadisələri, üç partiya parçaların nə qədər təhlükəli nəticələr doğura biləcəyini ortaya qoydu.
 

Chip.az xəbər verir ki, Samsung Galaxy Nota 7 model ağıllı telefonlar bazara təqdim olunduğu zaman istifadəçilərin əllərində partladıqlarına dair şayiələr dolaşmağa başlamışdı və tədricən bu şayiələrin həqiqət olduğunu ortaya çıxaran görüntülər yayımlanmışdı. Yaxın zamanda ortaya çıxan bir videoda isə oxşar bir vəziyyət, iPhone 5s üçün yaşanıb.

 iPhone 5s sahibi olan bir Reddit istifadəçisi dediyinə görə telefonunun batareyasını bir Apple ustasına əmanət etməkdənsə bir iş yoldaşının üçüncü partiya bir batareya taxmasına icazə verib və Reddit istifadəçisi açıqlamalarına davam edərkən telefonu doldurarkən batareyanın şişdiyini görüb.

https://www.youtube.com/watch?v=BmoQdqGZhCU

Videoda göründüyü kimi Reddit istifadəçisinin iş yoldaşı telefon alov almağa başladığı anda mümkün qədər sürətli bir şəkildə qaçmağa başlayır və sonra isə telefon partlayır. Eyni zamanda bu video ağıllı telefonlarda üçüncü partiya batareyalar istifadə etməyin nə qədər təhlükəli olduğunu da nümayiş etdirir.
 
 Bütün bu baş verənlərdən sonra hər iPhone batareyasında olan "Yanma ehtimalı var. Sökməyin, əzməyin və atəşdən uzaq tutun. Yalnız səlahiyyətli servis müdaxilə etməlidir" xəbərdarlığının da nə qədər vacib olduğu bir daha məlum oldu.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Avtomobil

Səsi tutan görünməz plyonka yaradıldı

Trend-in məlumatına görə, yeni elementlər membranlar əmələ gətirən gümüş nanoliflər əsasında yaradılı

Volkswagen Geneva Auto Show-da yeni avtomobilini təqdim etdi

Chip.az bildirir ki, 2019 Cenevrə Avtomobil Şousunda (Geneva Auto Show) ID Buggy adlı yeni avtomobilini təqdim etdi. Buggy-nin hazırki, te

Rivianın avtomobilləri bir-birlərini enerji ilə təmin edəcək

Elektrik enerjisi ilə çalışan vasitələrin sürətlə artdığı bir vaxtda hamısının bir-birini şarj etməsi məntiqli irəliləyişdir.

Chip.az

CES 2019-da sərgilənən avtomobillər: foto

Bir-birindən gözəl texnoloji avadanlıqlar, cihazlar, robotlar, tətbiqlər, platformalar, avtomobillər daha nələrin təqdimedildiyi  bu sərgidə ən çox diqqət çəkən gələcəyin av

Yeni Bmw X5!

Paris Motor Showda sərgiyə çıxan Alman brendinin uğurlu SUV nümayəndəsi Yeni Bmw X5, uzanan boyu, genişlənən gövdəsi və sələfinə nisbətən daha hündür boyuyla diqqətləri üz