İnstagram tətbiqi ilə Snapchat tətbiqi ağıllı telefon sevənlərin qismən də olsa seçim məsələsində fikir ayrılığı yaşamasına səbəb olur. Keçmiş günlərinə qovuşduğunu düşünən Snapchat rəhbərliyi var olduğunu düşündüyü bu hissi ən böyük rəqibi üzərində istifadə etdi.
Chip.az xəbər verir ki, "Həqiqi dostlar" mövzulu bir reklam kampaniyası başladan anlıq mesajlaşma tətbiqi olan Snapchat, özünün həqiqi dostluğu hər zaman sağlam saxladığını müdafiə edərək Instagrama bu məsələdən yükləndi.

Instagramın həqiqi dostluğu möhkəmləndirmədiyini düşünən Snapchat, foto paylaşma platformasına basqın edib.
Instagrama həqiqi dostluq ilə bağlı məsləhətlər verən Snapchat-ın ən konkret mesajlarından biri belə oldu: "Saxta dostlar itirdiyinizdə itirməzsiniz". Yüz minlərlə insana təsir edən bu axın, Snapchat-ın etdiyi bu kütləvi həmlə sayəsində böyük səs gətirdi.
Bu cərəyana qoşulan istifadəçilər fotoşəkillərin altına müxtəlif dostluq mesajları yazmağa başladı. Bundan başqa paylaşılan bütün yazılarda Snapchat-ın kabus loqosu istifadə edilərək paylaşılıb. Ən xırda detalı belə gözdən qaçırmayan rəhbərlik bu mesajı da unutmayıb: "Bu mesaj sizə Snapchat tərəfindən göndərilib".
Snapchat vermək istədiyi mesajı bu şəkildə ifadə edib: "Hər kəsin bilməsini istəyirik ki, biz həqiqi dostlara əhəmiyyət veririk". Instagram cəbhəsindən bu mesaja hələ bir cavab gəlməyib.
Nigar Həsənova