Tesla əməkdaşı zavodda həyatını itirdi

  • 31 İyul 2019
  • 50

Son illərin diqqət çəkən şirkətlərindən biri olan Tesla, bu dəfə bir həmkarının həyatını itirməsi səbəbiylə gündəmə gəldi. Şirkətin Nevadada yerləşən zavodunda 61 yaşlı bir fəhlə, səbəbi hələ də aydınlaşdırılmayan bir səbəbdən həyatını itirdi. Faktla bağlı araşdırmalar davam edir.

Nəhəng şirkətlər bəzən işçilərinə dəyər verməməsi gündəm olurlar. Bəzən daha çox kar etmək üçün işçi sayını minimum səviyyələrdə tutan şirkətlər, əməkdaşlarından insan üstü bir performans gözləyərkən, baş verən iş qəzaların şirkətlərin alnına qara ləkə kimi yazılmasına səbəb olur.

 

Chip.az bildirir ki, texnologiya dünyasının ən önəmli adlarından biri olan Tesla, gördüyü işlərlə yanaşı işçiləri ilə də gündəmdə olur. Hətta bu günə qədər şirkətə çoxsaylı cinayət işi açılıb və Tesla, açılan bu işlərdə çox ciddi pul cərimələrinə məhkum edilib. Bu dəfə isə bir işçi Tesla-nın Nevadada yerləşən zavodunda həyatını itirdi.

 

 

22 iyul tarixində baş verən hadisədə 61 yaşlı Maykl Johnston, səbəbi hələ də məlum olmayan bir səbəbdən ötrü həyatını itirdi. Johnston-un cəsədi, zavodun üçüncü qatında digər işçilər tərəfindən tapılıb. Həm Tesla, həm də polislər indi, bu hadisənin işıqlandırılması üçün işlərini davam etdirirlər.

 

İlkin məlumatlara görə 61 yaşındakı adamın ölüm səbəbinin tibbi bir problem olduğu açıqlanıb. Baş verən hadisə ilə bağlı işlərini tamamlayan Tesla, məsələ ilə bağlı bəyanat da verdi. Baş verən hadisədən üzüntü duyduqlarını söyləyən Tesla rəsmisi, araşdırma nəticəsini gözlədiklərini, ancaq apardıqları istintaqa bu ölümə səbəb olan şeyin hər hansı bir iş qəzası olmadığını açıqlayıb.

 

Açılan məhkəmə işləri və pul cəzaları səbəbiylə bu məsələnin üstünə düşən Tesla, son bir neçə ildir ki, iş qəzalarının qarşısının alınması üçün əllərindən gələni etdiklərini, bu baxımdan 2017-ci ildə şirkət nəzdindəki iş qəzalarının 25 faiz azaldığını və 2018-ci ildə də bu azalmanın davam etdiyini deyib. Tesla polis rəisi Laurie Shelby məsələ ilə bağlı verdiyi bir müsahibədə mükəmməl olmadıqlarını, hər şeydən öncə insan olduğu üçün səhvlər edə bildiklərini, ancaq hədəflərinin iş qəzalarını minimuma endirmək olduğunu açıqlayıb. Ancaq yenə də bu son hadisə, Tesla-nın işçilərin təhlükəsizliyi ilə bağlı narahatçılıqlarını artırıb.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Texnologiya

İlk internet virusunun tarixi .

Dünyada ilk dəfə internetin virusla yoluxdurulması faktı 1988-ci il noyabrın 2-də aşkara çıxarılıb. 

Chip.az “ferra.ru” saytına istinadla xəbər verir ki

Pixel smartfonunu satışa çıxaracaq!

   

Google şirkəti orta büdcəli Pixel smartfonunu satışa çıxaracaq.

 Məşhur insayder Roland Quandt 

Azərbaycan alimləri Yaponları geridə qoydular

Chip.az Xeberler.az  istinadən bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasında “Azərkosmos”ASC-nin v

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən mükafatlandırılıb


 
İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində innovasiyaların inkişafı üçün qlobal platforma rolunu oynayan “ITU Telecom Wor