Tarixdə ilk dəfə fikirləri anında sözlərə çevirən cihaz hazırlandı

  • 31 İyul 2019

Chip.az bildirir ki, Facebook tərəfindən də dəstəklənən yeni bir araşdırma sayəsində, bir insanın düşüncələri anında yazıya alına bilir. Kaliforniya San Fransisko Universitetində (UCSF) keçirilən təqdimatında, sistemin uğurla çalışdığı müşahidə olundu. Facebook bu xüsusiyyətin inkişaf etdirilməsini, insanların düşüncələri ilə yazı yazmasını istəyərkən universitetinin tədqiqatçıları isə, əlil insanların yenidən yazmasını və danışmasını təmin etməyi qarşısına məqsəd qoyur.

  

Beyin Maşın İnterfeysi (BMİ-ni) üçün illərdir texnologiya inkişaf etdirilir. 2006-ci ildə beyin siqnallarını istifadə edərək klaviatura nəzarəti təmin edən interfeys hazırlanmışdı.

 

Tədqiqatda istifadə edilən elektrodlar, beynin normal şərtlərdə çənə, dil və dodaqları nəzarət olunan hissəsində baş verən fəaliyyətləri işləyir.

Suallara verilən mümkün cavablar üzərində çalışmalar apararaq beyin fəallıqlarından cavabı tapmağı öyrənən süni zəka, qarşı tərəfi dinləyərək verilən sualı da anlaya bilir. Beləliklə, ehtimal olunan cavabların sayı da azaltmış olur.

 

Facebook, bu araşdırmanı gələcəkdə insanların telefonlarını ciblərindən belə çıxarmadan mesaj göndərməsini təmin edə biləcək bir metod kimi görürlər.

 

Qeyd edək ki, qrupun həyata keçirdiyi bu layihə Nature Communications adlı jurnalda dərc olunub.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır