11 milyon abunəsi olan youtuber faciəli şəkildə həyatını itirdi

  • 31 İyul 2019
  • 65

Youtube-də elmi təcrübələr aparan və internetdə The Kinq of Random adıyla tanınan Grant Tompsonun yamac paraşütü edərkən keçirdiyi qəza nəticəsində həyata gözlərini yumduğu açıqlanıb. Açıqlamanı Tompsonun meneceri və dostu Larry  Shapiro həyata keçirib.

Chip.az xəbər verir ki, Youtube-də The Kinq of Random adı ilə tanınan və adətən elmi təcrübələr aparan Grant Thompson, ABŞ-ın  Utah şəhərində yamac paraşütü etməyə getdi. Honeymoon Trail adlı bölgədə paraşütlə atlayış həyata keçirən youtuber təyin olunan vaxtda geri dönüş etməyərək telefonlara da cavab verməyib.
 
Tompson-un meneceri və dostu Larry Shapiro qeyd edib ki, "Qəza anında tək idi və güclü bir tərs küləyə tutulub. Bu səbəbdən də böyük bir qüvvə ilə yerə çırpılıb". Vaşinqton County ofisi youtuberin bədənini tapıb geri gətirməyi bacarıb.

Grant, Youtube-də hər zaman insanları cəsarətləndirirdi və videoları insanda özünə inam yaradırdı. Menecerinin dediklərinə görə " Keçdiyimiz günlərdə kamera önündə olmağı sevmirdi, çünki ailəsi və uşaqları ilə  daha çox vaxt keçirmək istəyirdi. Hər zaman keyfiyyətli bir həyat istəyirdi". 

Thompson təxminən 1000 ədəd maraqlı və elmi videolar çəkmişdi.

Kanalın hazırda 11.6 milyon abunəsi və 2,4 milyard ümumi izlənmə sayı var.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tədbirlər

Azərbaycanda ilk dəfə Gənclər İnternet İdarəçilik Forumu keçirilir

"İnnovasiya Festivalı" çərçivəsində ölkəmizdə ilk dəfə Gənclər İnternet İdarəçilik Forumu işə başlayıb.

Chip.az
xəbər verir ki, 3 gün davam edə

Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər mövzusunda beynəlxalq forum keçirilib

İyunun 21-də Bakıda “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” mövzusunda beynəlxalq forum keçirilib.

Chip.az

Robototexnika üzrə III-cü Respublika Olimpiadasında iki həmyerlimiz gümüş medal qazanıb

SMART OWL Mərkəzinin Robototexnika Klubunun yetirmələri Kəmran Rzayev və Danil Kazakov ikinci yeri qazanıblar və gümüş medallarla təltif olunublar.

Ch

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkətinin iştirakı ilə icra edilən və Transxəzər magistral

BMT-nin komissiyasında Azərbaycanda İKT sahəsində keçirilən beynəlxalq əhəmiyyətli layihələr haqqında məlumat verilib

Tailandın Banqkok şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 5 regional komissiyasından biri olan BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiya