Apple, iOS 13-ün dördüncü betasını yayımladı

  • 31 İyul 2019

iOS beta proqramına daxil olan istifadəçilərin səbirsizliklə gözlədiyi iOS 13 Public beta 4 yayımlandı.

Chip.az xəbər verir ki, Apple-ın əməliyyat sistemlərinin yeni variantlarını test etdiyi və səhvlərin aradan qaldırılmasına imkan tanıdığı beta proqramı sürətli şəkildə davam edir.  

Apple mobil əməliyyat sistemi iOS-un yeni versiyası 13-ün 4-cü  betasını dərc etdi. Yayımlanan iOS 13 public beta 4 ilə cihazlara yeni xüsusiyyətlər əlavə olunub.

iOS 13 public beta 4-ün ölçüsü 590,4 MB olaraq qeyd olunub. Yüklənməsi təxminən 3 ilə 10 dəqiqə arasında davam edən bu yenilənmə üçün ilk olaraq beta proqramına daxil olmağınız lazımdır. Qurğular - Ümumi - Yeniləmə yolunu təqib edərək yeniləməyə   bir addım yaxınlaşmış olacaqsınız.
 
Əməliyyat sistemi daxilində qaranlıq rejim kimi yeni xüsusiyyətləri iOS ekosisteminə gətirən iOS 13-ü Apple-ın yeni iPhone-ları ilə bərabər son istifadəçi üçün yayımlanması gözlənilir.

iOS əməliyyat sisteminin beta variantınıcihazınıza  yüklədikdə cihazınızın istifadəyə yararsız hala gəlməsi də mümkündür.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər