ABŞ Konqresinə təqdim olunan və fikri mülkiyyət hüquqlarını qoruma məqsədli ortaya atılan icazəsiz zarafat paylaşanlara cəza verməklə bağlı olan qanun layihəsini təsdiq etdi. Hazırda hüquqi olaraq qüvvəyə minməmiş olan layihə, fikri mülkiyyət hüquqlarını pozan şəxslərin 30.000 dollara qədər pul cəzası verməsini nəzərdə tutur.
Chip.az xəbər verir ki, internet üzərində demək olar ki, hər mövzuda zarafat görmək mümkündür və milyonlarla caps səhifəsi var. Dostlarınızı güldürmək üçün bunları paylaşmağınız normal davranış kimi görünsə də, Amerika Birləşmiş Ştatlarında bu hadisənin elə də xoş görülmədiyini demək olar.
ABŞ Konqresində iki partiyanın qəbul etdiyi qanun layihəsində bu zarafatların fikri mülkiyyət olaraq qəbul edildiyi və icazəsiz istifadənin cəzalandırılacağı bildirilib. Bu cəzaların da gözlənilən cəzalardan daha çox olduğu ifadə edilib.
Daha aydın bir şəkildə izah edək ki, sizə aid olmayan bir zarafatı sosial mediada paylaşdıqda məzmunun fikri mülkiyyətini pozduğunuz hər bir zarafat üçün 15.000 dollar cərimə ödəyəcəksiniz. Bu cəzaların ən yüksək məbləği isə 30.000 dollar olaraq müəyyənləşib.
Bütün bu ciddi hadisələrin xaricində yalnız zarafatları paylaşmaq istəyənlərə dair hər hansı məhdudiyyət yoxdur. Yenə də məzmunu təşkil edən şəxslərin adı keçirildiyi müddətdə zarafatların paylaşılmasında hər hansı bir problemin yaranmayacağı güman edilir.