QR kodla sifariş verirsiniz, servis robotlarla həyata keçirilir

  • 30 İyul 2019

Cənubi Koreyada fəaliyyət göstərən bir restoran sifarişləri QR kodla qəbul edir. Yemək servisini isə robotlar həyata keçirir.

Chip.az bildirir ki, Cənubi Koreyada ölkənin ən məhşur yemək şirkətlərindən biri robotların xidmət göstərdiyi Merry-Go Kitchen adında bir restoran açdı.

 

Cənubi Koreyanın paytaxtı Seulun cənub hissəsində açılan restoranda müştərilər, müxtəlif fotolar və videolar təqdim edən xüsusi bir ağıllı yemək sifariş sistemi ilə yeməklərini sifariş edə bilir.

 

Müştərilər oturduqları masanın üzərindəki QR kodunu istifadə edərək göstərilən foto və videolardan seçim edərək sifariş verir. Sifarişlər aşpazlar tərəfindən hazırlandıqdan sonra robotlar yeməkləri və içkiləri sifarişçiyə gətirir.

 

Önünə çıxan maneələrdən yayına bilən robotlar, tək səfərdə 4 stola xidmət göstərə bilir.

 

Qeyd edək ki, Cənubi Koreyada sürətlə genişlənməyə başlayan bu restoranlardakı sistemə Untact adı verilir.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər