Avtonom sualtı gəmiyə çevrilə bilən transformer sualtı robotu - (Video)

  • 30 İyul 2019

Ovtonom bir sualtı gəmisinə çevrilən bir robot gerçək həyatda bir transformerə ən yaxın vasitə ola bilər. Bu robotun adı Aquanaut-dır.

Chip.az xəbər verir ki, IEEE Spectruma görə tədqiqatçılar dəniz qızına oxşayan bir robot hazırlayıb. Bu robota Aquanaut adı verilib. Robot ehtiyac halında avtonom sualtı gəmisinə çevriləcək formada hazırlanıb. Aquanaut-ın insan dalğıclar üçün təhlükə kəsb edən və digər robotların reallaşdırmaqda problem yaşadığı dərin dəniz təmirləri və başqa vəzifələr üçün xüsusi hazırlandığı qeyd olunub.
 
Robot, NASA-nın astronavtları aşağı cazibə qüvvəli ortama hazırlamaq üçün istifadə etdiyi hovuzda test edilib. 

Robot hazırda hovuzlarda test edilsə də, bu testlərin ardından okeanlarda aktiv olaraq istifadə edilməyə başlanacaq. Aquanaut insanların çata bilmədikləri nöqtələrdə işləyəcək.

Robotu inkişaf etdirən Houston Mekatronik bazasında təxminən 2 keçmiş NASA əməkdaşı var. HMI qurucularından Nic Radford etdiyi açıqlamada NASA-da uzaqdan əlaqə quracağı robotlar mövzusunda kifayət qədər təcrübə topladıqlarını və bu məlumatları istifadə edərək sahildən uzaqda işləməyə uyğun həll yolu tapdıqlarını deyir.

https://www.youtube.com/watch?v=shimvNXyVtw
 

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır