Sanksiyalara rəğmən Huawei gəlirlərini 23,2 faiz artırdı

  • 30 İyul 2019
  • 50

Çinin texnologiya istehsalçısı Huawei, ABŞ-ın sanksiyalarına baxmayaraq, ilin ikinci rübündə 32,2 milyard dollar gəlir əldə edib.

 

Chip.az bildirir ki, Huawei-dən verilən məlumata görə, şirkət, ilin ikinci rübündə (aprel-may-iyun) 32,2 milyard dollar gəlir əldə edərək, ilin ilk rübünə görə gəlirlərini 23,2 faiz artırıb.

 

ABŞ və Çin arasındakı ticarət müharibəsində Amerika rəhbərliyi və ABŞ-nın texnologiya nəhəngləri tərəfindən təzyiq altına alınan Huawei, ilin ilk yarısında 24 faiz artımla 118 milyon ağıllı telefon satışı həyata keçirib.

Tam kar artımı 8,7 faizdir.

Şirkətin bu ilin ilk yarısındakı dəqiq kar nisbətindəki artım isə 8,7 faiz olub.

 

Huawei İdarə heyətinin sədri Liang Hua, şirkət gəlirlərinin may ayında sürətli artım göstərdiyini bildirərək, baş verən inkişafın gələcəkdə çətinliklər baş verməyəcəyi mənasına gəlmədiyini, ancaq sərmayə qoymağa davam edəcəklərini ifadə etdi.

 

Qeyd edək ki, Huawei, şirkət quruluşu səbəbiylə maliyyə vəziyyətinə dair rəqəmləri xalqa açıq olan digər rəqiblərinə nisbətən daha az təfsilatla bölüşürdü. Şirkətin maliyyə göstəricilərini əks etdirən son hesabat, əvvəlki hesabatlara görə daha çox detal daşıyır.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İlklər

Azərbaycanda ilk üzən elektrik stansiyası inşa edilir

İspaniya Sənaye, Ticarət və Turizm Nazirliyi yanında İxrac və İnvestisiyalar Komitəsi öz portalında "İspaniya şirkəti Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda i

Yaxın illərdə barmaq izi sensoru ilə bədən temperaturumuzu ölçə biləcəyik

Yeni dəri xərçəngi üçün həyat xilas edən erkən diaqnostika üsulu

Melanoma erkən mərhələdə müəyyən edərək xərçəngin ölümcül fazaya çatmadan müalicə edilməsini təmin edən qan testi inkişaf etdirildi. Test 82% kimi olduqca yüksək nailiyyət

İlk ağıllı pul kisəsi təqdim olunub

OraSaifu adlı qurğu pul kisəsi və ödəniş metodlarına yeni baxış təqdim edir. Rəngli displeyə malik kiçikölçülü smartfona oxşayan bu cihaza debet və kredit kartlarının