Blair Witch-in gərginlik dolu ilk videosu yayımlandı

  • 30 İyul 2019

E3 2019 tədbirlərində təqdim edilən və 30 avqustda bazara təqdim ediləcək  qorxu oyunu Blair Witch-in ilk oynanış videosu yayımlandı.
 
Chip.az xəbər verir ki, ilk dəfə E3 2019 tədbirlərində təqdim olunması ilə birlikdə oyunseverlerin maraqla gözlədiyi bir oyun halına gələn Blair Witch üçün bir oynanış videosu yayımlandı. Sadəcə bir yarım dəqiqəlik bu oynanış videosu oyunla bağlı kiçik bir məlumat sahibi olmaqla yanaşı, oyun boyu gərginliyin yüksək mərhələdə olacağını ortaya qoyur.
 
Adətən qorxu növündə inkişaf etdirdikləri oyunlarla ön plana çıxan Bloober Team tərəfindən inkişaf etdirilən Blair Witch, 30 avqust tarixində bazara təqdim olunaraq kompüter və Xbox üzərindən oynanıla biləcək.

Birinci şəxs psixoloji qorxu oyunu olan Blair Witch oyununda meşədə itən bir uşağın ardınca düşəcəyik. Uşağı axtardığımız zaman isə heç gözləmədiyimiz bir anda gözləmədiyimiz hadisələrlə qarşılaşacağıq.

https://www.youtube.com/watch?v=b_lfE2IeR2A

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır