İtaliyada gənclərin telefon istifadə etmək vərdişini azaltmaq üçün bir qanun layihəsi hazırlanıb.
Chip.az bildirir ki, İtaliyada hazırlanan qanun layihəsi mobil telefon və internet asılılığının qarşısını almaq üçün bir sıra tədbirlərin görünməsini nəzərdə tutulur.
Layihə çərçivəsində texnologiya asılılığına qarşı kurslar və məlumatlandırma kampaniyaları keçiriləcək.
İtaliyada aparılan bir araşdırmaya görə yetkinlik dövründəki hər 10 nəfərdən 8-i telefonundan istifadə edə bilməməkdən qorxur. Yüzdə 50-si isə yalnız bu fikrin belə onlarda qayğı və narahatlıq yaratmağa kifayət etdiyini bildirir.
Sevinc Baba-zadə