ABŞ-da yerləşən Viskonsin-Medison Universitetindən tədqiqatçıları Günəş küləklərini araşdırmaq və Günəşin quruluşunu daha yaxşı anlamaq üçün laboratoriya şəraitində öz mini Günəşlərini yaratdılar.
Günəş, planetimizdən milyonlarla kilometr uzaqda yerləşir və təxminən 1,4 milyon kilometr diametrində nəhəng, isti bir plazma topudur.
Chip.az bildirir ki, bu istiqamətdə araşdırmalar aparan Viskonsin-Medison Universitetindən elm adamları, bu layihəni reallaşdırmaq üçün öz şəhərciklərində kiçik ulduzlar yaratdılar.
Qeyd edək ki, bu layihə Nature Physics jurnalında da yer ala bildi. Tədqiqatçıların inkişaf etdirdiyi cihaz, təxminən 3 metr diametrdə və orijinal Günəşdən 1 milyon dəfə kiçikdir.

Big Red Ball (Böyük Qırmızı Top) adı verilən vasitəyə helium qazı vurur və bu vuran qazla plazma yaradılır. Günəş də intensiv olaraq helium daşıyır. Maşının mərkəzindəki maqnit, lazımi maqnit sahəsi yaradır və qrup bir dəfə sistemə elektrik verdikdə, Günəş plazması və maqnetik sahəsi məqsədəuyğun şəkildə təqlid edilmiş olur.
Tədqiqatın rəhbəri Ethan Paterson, peyk vəzifələrinin sürətli küləklərin haradan gəldiyini ortaya çıxdığını, yavaş-yavaş Günəş küləklərinin necə ortaya çıxıb planetimizə gələnə qədər necə təkamül keçirdiyini öyrənmək istədiklərini açıqlayıb.
Normalda Günəşin tətbiq etdiyi maqnetik sahə, Parker Spriali kimi tanınır. Tədqiqatçılar bu maqnit sahənin "böyük miqyaslı bir surətini” yarada bildiklərini iddia edirlər.
Aparılan təhlillərdə bu plazmanın etdiyi hərəkətlərin və dalğaların, Günəş küləklərini və Günəşin strukturunun dəyişikliyi haqqında daha çox məlumat verəcəyi gözlənir. Maşının içindəki kiçik qurğular daim ölçülər aparır.
Sevinc Baba-zadə