3 Günəşi olan planet kəşf edildi

  • 30 İyul 2019

ABŞ-dan olan elm adamları 3 fərqli Günəşə sahib planet kəşf etdi.

Chip.az bildirir ki, elm adamları tərəfindən kəşf edilən LTT 144Ab adlı planetinin göy üzündə üç fərqli Günəş görünə bilir.

 

Dünyadan 22,5 işıq ili uzaqlıqdakı LTT 1445Ab-ya işıq saçan üç müxtəlif Günəşdən birinin planetə olduqca yaxın, 2-sinin isə uzaq olduğunu qeyd edilib.

 

Elm adamlarına görə planet qırmızı cırtdanlardan ibarət olan və adı LTT 1445 olaraq təyin olunan üçlü ulduz sisteminin ən parlaq ulduzu olan LTT 1445A-nın orbitində yer alır.

 

Ulduza çox yaxın bir mövqedə yer alan LTT 1445Ab-nın 1 tam orbiti 5.3 gündə başa çatır.

 

Bu səbəblə planetin səth temperaturunun 160 selsi dərəcəyə çatdığına diqqəti çəkən elm adamları, dünyadan 1.5 dəfə böyük olan LTT 144Ab-nın dünyaya görə daha sıx bir planet olduğuna da diqqət çəkir.

 

Astronomlar planetin atmosferində metan və karbon dioksid kimi qazlar müəyyən etməyə çalışacaq.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır