TikTok platformasının sahibi telefon sektoruna daxil olmağa hazırlaşır

  • 30 İyul 2019
  • 51

Ağıllı telefon istehsalçıları arasına yenisi əlavə olunur. Böyük mübahisələrlə gündəmə gələn sosial media platforması TikTok-un sahibi olan Bytedance-nin ağıllı telefon üzərində çalışdığı məlum olub.

  Chip.az xəbər verir ki, sosial mediadakı paylaşımlarda bəzi istifadəçilərin çox sevdiyi və bir qisim istifadəçinin isə maraqsız hesab etdiyi TikTok ağıllı telefon sektoruna daxil olur.

Çinin internet texnologiya şirkəti olan Bytedance insanların musiqi video materiallarını paylaşdığı Musical.ly sosial media platformasının da sahibidir. Bu cür sosial mediaya yönəlik addımlarla qarşıya çıxan və trendləri doğru yerdə tutan Bytedance-ın ağıllı telefon sektoruna daxil olması çox təəccübləndirdi.
 
 7 aydır bir ağıllı telefon üzərində işlədiyini deyən şirkət 2014-cü ilin ortalarında Çində yaradılan  Smartisan-ın mütəxəssislərindən bəzilərini da komandaya daxil edib.

Bytedance-nin istehsal etdiyi ağıllı telefonun gənclərə və xüsusən sosial media istifadəçilərinə yönəlik ola biləcəyi təxmin edilərkən əlimizdə təəssüf ki, cihazın texniki xüsusiyyətlərinə dair hər hansı bir məlumat yoxdur.
 
 Sektora bu zamanda belə bir giriş etməsilə Bytedance-in bu addımı ziyanla da nəticələnə bilər. Ağıllı telefon sektorunda lider olan şirkətlər Huawei, Xiaomi və başqa markaların  yanında Bytedance-nin necə bir taktika göstərəcəyi hər kəsə maraqlıdır. 

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Programlar

3 Dmark Nəticələrinə Görə Core i 9-9900 K, Ən Güclü Prosedur Aparan Adını Ələ Keçirəcək!

3DMark çıxışı ilə AMD-nin Ryzen 7 2700X və Intel-in Core i7-8700K prosedur aparan daha yüksək xal almağı bacaran 9-ci nəsil Core i9-9900K prosedur aparanı, bazarı sanki bulamağa gəl

Facebook şirkəti tanışlıq servisi Facebook Dating tətbiqinin testinə başlayıb

  Amerikalı tərtibatçı Jane Wong öz 

Facebook, Instagram hesabınızı Facebook Messenger'ə birləşdirəcək yeni proqramı test edir

Gündən-günə bütün məşhur sosial media tətbiqlərini idarə etməyə başlayan Facebook, yenidən bu tipli çalışmalarını sürətləndirir. Bildiyiniz k

Facebook təslim oldu: 5 milyard dollarlıq cərimə

ABŞ-ın Federal Ticarət Komissiyası istifadəçilərin məlumatlarının sızdırılması ətrafında aparılan araşdırma ilə əlaqədar “Facebook” rəhbərliyi ilə razılığa g

Səhmləri Yerə Çaxılan Facebook, Tam 120 Milyard Dollar Dəyər İtirdi

Tarixinin ən aşağı artım nisbətini açıqlayan Facebook, market dəyərini gündən-günə itirir.
Facebookun səhm qiyməti son 1 gündə tam 205 aşağı düşdü. Şirkətin, tarixin