Mərkəzi Tayvan olan texnologiya istehsalçısı Team Group, milyonlarla insanın marağını cəlb edən bir işə imza ataraq dünyanın ilk maye dondurucu SSD-sini (Solid State Drive) istehsal etdi.
Məlumat toplama qurğusu kimi tanınan SSD-lərin həddən artıq qızması və həddindən artıq soyuması bütün istifadəçilər üçün ortaq problemdir.
Həddindən artıq isinmə, SSD-lər üçün böyük bir problem olmasa da cihazın ömrünü daha tez istehlak etməsinə və istifadəsinin keyfiyyəsizliyinə səbəb olur.
Chip.az bildirr ki, Team Group tərəfindən inkişaf etdirilən T-Force maye soyutma sistemini istifadə edən SSD, orta hesabla 10 dərəcə soyuq şəraitdə çalışır.

Yeni nəsil SSD, bildiyimiz maye soyutma üsullarının əksinə, içindəki mayenin istilik axınına görə dövriyyəyə məruz qalması ilə işləyir.

256 GB, 512 GB və 1 TB-lik 3 seçimi olan T-Force Cardea Liquid M.2 PCIE Gaming SSD-nin qiyməti isə hələ açıqlanmadı.
Sevinc Baba-zadə