iPhone ilə çəkilən ən yaxşı fotolar - 2019

  • 30 İyul 2019

Hər il keçirilən “İPhone şəkil festivalı” mükafatları məlum olub. Yarışmanın 12-ci ilində 140 ölkədən göndərilmiş minlərlə şəkil arasından qaliblər seçilib. 

“İlin Fotoqrafı Mükafatı”nın və əsas hədiyənin qalibi “Big Sister” adlı şəkillə italyan fotoqraf Gabriella Cigliano olub.

 

 

Portuqaliyalı fotoqraf Diago Lage isə “Sea Stripes” adlandırdığı şəkil ilə birinci yeri sahiblənib.


İkinci yerin sahibi “No Movie Today” fotosu ilə rusiyalı fotoqraf Julia  İbraeva olub.

Çinli fotoqraf Pend Hao isə “Come Across” adlı fotosu ilə üçüncü yeri qazanıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır