Dəhşətli hadisə: Saxta şarj aləti istifadəçini ölümcül yaraladı

  • 29 İyul 2019

Əlimizdən düşürmədiyimiz ağıllı telefonlarla bağlı araşdırma aparılıb. Annals of Emergency Medicine adlı tibb jurnalında yer alan araşdırma, iPhone üçün satışa buraxılan saxta şarj alətlərinin ölümcül olduğunu ortaya çıxardı. Araşdırmaya ağıllı telefonlara uyğun 400 saxta şarj alətindən 99%- istifadəçinin elektrik vura biləcəyi müəyyənləşdi.

 

Chip.az bildirir ki, Nüfuzlu tibb jurnallarından Annals of Emergency Medicine, hər kəsin istifadə etdiyi saxta enerji doldurma alətləri ilə bağlı geniş bir araşdırma aparıb. Xüsusilə Apple-ə məxsus iPhone uyğun saxta şarj etmə alətlərində aparılan bu araşdırmaya 400 saxta ağıllı telefon enerji doldurma aləti cəlb olunub.

 

Tibb dünyası ilə yanaşı, ABŞ mətbuatında da geniş yer alan bu tədqiqatda 19 yaşlı bir gənc qadının yaşadığı hadisə diqqət çəkib. Adı açıqlanmayan qadın yatanda telefonunu saxta şarj alətin taxaraq baş ucuna qoyur. Qısa müddət sonra boyundakı boyunbağı enerji yığma alətinin kabelinə toxunur. Yaşadıqlarını, "Yatırdım və bir anda yanma hiss etdim. Boynumda çox kəskin bir ağrı vardı." – deyə ifadə edib. Elektrik cərəyanının boyunbağı ilə bütün boynunda hiss edən qız ikinci dərəcə yanıq müalicəsi alıb və əməliyyata girdiyi bildirilib.

 

Araşdırmanı idarə edən və Michigan Universitetində vəzifəli olan Doktor Carissa Bunke məsələ ilə bağlı bəyanat verib. Doktor Bunke, "Gənclər və yeniyetmələr çox böyük risk altındadırlar, çünki telefonları çox tez-tez istifadə edirlər. Telefonları baş ucunda tutaraq enerji toplamasına yol vermək çox təhlükəlidir. Cihazın volt həcmi aşağı olsa belə cərəyandakı elektrik yüksəkdirsə, partlamabaş verə bilər." - deyə bildirib.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır