Whatsapp istifadəçilərinə iPad müjdəsi

  • 29 İyul 2019

İstifadəsi xeyli genişlənən Whatsapp artıq çox böyük ekranlarda da istifadə ediləcək. 

Chip.az xəbər verir ki, iPad-də olacaq Whatsapp ilə səsli və ya görüntülü zənglər kimi, səs yazısı göndərmək mümkün olacaq və Touch ID dəstəyi ilə Whatsapp kilidlənə biləcək. Whatsappı iPad-də istifadə etmək üçün telefon nömrəsi lazımdır; əgər telefonunuzdakı Whatsapp nömrəsini iPad üçün istifadə etsəniz, telefonunuzdan Whatsapp-a daxil ola bilməyəcəksiniz.

Məlumatlara əsasən Whatsapp, iPad Mac-da işləyəcək bir variant yayımlamağı düşünür. Bu yenilik bir dəfədə birdən çox cihazda hesab açma qabiliyyətinin bir hissəsi olacaq.

Rəqibi Telegramdan fərqli olaraq Whatsapp hazırda yalnız bir telefonda hesab açmağınıza icazə verir. Whatsapp Web isə məlumatları telefondan alır. 
 
Whatsapp iPad variantının nə vaxt yayımlanacağı məlum deyil.

Nigar Həsənova

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər