Fortnite World Cup-da 30 milyon dolların sahibləri bəlli oldu

  • 29 İyul 2019
  • 64

Fortnite tarixində ilk dəfə keçirilən World Cup çempionatının qalibi məlum oldu. 16 yaşlı Kyle Bugha Giersdorf, birinci yerə qalxaraq 3 milyon dollarlıq mükafatı qazanıb.

Chip.az bildirr ki, Dünya Kuboku çempionu olduqca çətin keçən matçların sonunda ən çox xalı toplayan ad olan Kyle Bugha Giersdorf oldu.

 

16 yaşlı oyunçu, turnirdə göstərdiyi çıxışla 3 milyon dollarlıq mükafata layiq görüldü. Bugha, 59 xalla çempion olarkən 2-ci sıradakı rəqibi yalnız 33 xal toplaya bildi.

 

Təkbətək mübarizədə qalib, gələn bu şəxs 3 milyon dollarlıq mükafatı heç kəslə bölüşməyəcəyinə görə yarışda ən çox mükafatı da o qazanmış oldu. Cütlü mübarizəni qazanan Nyhrox Aqua da 3 milyon dollarlıq mükafat aldı ki, mükafat aralarında bölünəcək.

 

Bugha, ilk oyunu qazandıqdan sonra uzun bir müddət adı yuxarı sıralarda görünmədi. 4-cü oyunda geri dönüşə imza atan və yenidən ilk 5-ə girən Bugha, aqressiv oyunu ilə sabit bir performans nümayiş etdirdi. Oyunlarda ilk 10-luqdakı yerini qoruyan oyunçu, finalda topladığı 59 xalla çempion oldu.

 

 Dünən oynanan matçların xülasə görüntülərini aşağıda baxa bilərsiniz:

https://www.youtube.com/watch?v=2xG1Umugpxs

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oyun və film

Playstation Plus İyul oyunları bəlli oldu!

Playstation Plus iyul ayı oyunları haqqında məlumat yayılıb 3 İyuldan etibarən oyunları endirə biləcksiniz.

PS4

Denuvo pirat oyununa ümidsizdir

Oyun satışlarını artması səbəbdən sektor içərisində pul da artıb. Bu vəziyyət, oyun bazarına yeni adların qoşulması və sektorun böyüməsinə zəmin hazırladı.

Hello Kitty obrazını baş rolda yer aldığı film ekranlaşdırılacaq

Yaponiyadan dünyaya yayılmış bir çox marka var. Hello Kitty bu markalar arasında xüsusi yer tutur. Marketinq strategiyalarından bazarın tutulduğu yerə qədər xüsusi obraz olan Hello

James Bond obrazını növbəti dəfə kimin canlandıracağı məlum oldu

Jeyms Bond ilə vidalaşıb, Jane Bond-a salam deməyin vaxtıdır. Hollywood-da dolaşan söz-söhbətlərə görə, Lashana Lynch növbəti James Bond filmində baş rolda yer alacaq. O h

GTA 6 sızdırıldı ?

Rockstar Games şirkətinin məhşur GTA seriyası 5-ci oyun ilə birliktə satış rekordları qırmışdı. Və qeyd edək ki, hələ də