Yaranı sağaltmaq üçün bədən temperaturunu istifadə edən bint hazırlanır

  • 29 İyul 2019

Chip.az bildirir ki, Harvard Universitetinin alimləri, yaraların sağalma sürətini artıracaq və hər hansı bir yan təsir yaratmadan yaranı müalicə edə biləcək bir bint üzərində çalışırlar.

Bir neçə istisnanı saymasaq, bint adətən yaranı sağaltmaq üçün deyil, yaranın üstünü örtmək üçün istifadə edildiyini deyə bilərik. Ancaq bu bint yaraları sağaldacaq.

 

Rüşeymlər inkişaflarında müəyyən bir nöqtəyə qədər dəri yaraları sağalınca iz buraxmırlar. Bunun səbəbi, bu kimi yaraların ətrafındakı dəri hüceyrələrinin, "aktin" kimi tanınan zülal edilmiş liflər istehsal etməsidir. Bu liflər yığılaraq kənarlarını bir araya gətirir və yaranı sağaldır. Beləliklə, hər hansı bir yara toxuması əmələ gəlmir.

 

Montrealdakı Makgil Universitetində həmkarları ilə birlikdə çalışan Harvard Universitetinin alimləri, bu prosesi bir bintlə həll etməyə başladılar. Əldə edilən aktiv yapışqan bint, gümüş nanopartiküller və "PNIPAm" olaraq adlandırılan temperatura dözümlü polimer əlavə olunmuş bir yosun mənbəyi olan yapışqan aljinat hidrojelden keçirilib. Bu polimer su keçirməməklə qalmır, eyni zamanda 32 °c temperaturda daralır.

 

Yaraya tətbiq edildikdə, dəriyə qüvvətli bir şəkildə yapışır. Daha sonra bədən temperaturu PNIPAm-ı isidir və gelin yığılmasına səbəb olur. Bintin qoyulduğu cild də bu sayədə yaranı sürətli və təsirli bir şəkildə bağlayır. Potensial olaraq infeksiyaya səbəb olan bakteriyaların çoxu da gümüş nanopartiküller tərəfindən öldürülür.

 

Gel PNIPAm miqdarını dəyişdirilərək dərinin sağalma dərəcəsi də nizamlanır. Laboratoriya sınaqlarında yeni bintin donuz dərisinə yara bintindən 10 qat daha güclü bir şəkildə yapışdığı qeydə alınıb. Eyni zamanda, siçovullardakı yara böyüklüyünü yüzdə 45 nisbətində azaldarkən, başqa bir nəzarət qrupunda müalicə edilməyən yaraların ölçülərində heç bir azalma görülmədiyi də müşahidə olundu. Əlavə olaraq hər hansı bir infeksiya və ya yan təsir ortaya çıxmadı.

 

Harvard Universitetindən Doktor Bencamin Freedman, bintin təkmilləşdirmə prosesini araşdırmağa davam etdiklərini söylədi. Bununla yanaşı, bintin fərqli istilik dəyərlərində necə bir performans göstərəcəyini də araşdırdıqlarını əlavə edib.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər