Game of Thrones-un yaradıcıları HBO-dan ayrılır

  • 29 İyul 2019
  • 43

Qırdığı izlənmə rekordlarının yanında son mövsümü ilə ürəyimizi parça-parça edən Game of Thrones, HBO-dan  çıxmaq üçün hazırlıqlar görür. Serialının yaradıcıları David Benioff və Dan Weiss-ın anlaşmaya yaxın olduğu qurumlar Amazon, Netflix və Disney kimi qeyd edilib.

Chip.az xəbər verir ki, Variety jurnalı və Hollivud Reporter-ın xəbərlərinə görə Amazon, Netflix Disney, Game of Thrones-un yaradıcıları David Benioff Dan Weiss ilə müqavilə bağlamaq üçün rəqabət içindədilər.
 
Hollivud Reporter-ın dediklərinə görə, ikili Amazon ilə razılığa gəlməyə çox yaxın idi. Amma Netflix olduqca diqqətçəkən bir təklif edərək rəqabətə daxil olub.

Rəqabətdə olan üçüncü ad Disney, ikiliyə Fox televiziyalarında yayımlanacaq film və serial layihələri ilə yanaşır.

Amazon daha əvvəl 150 milyon dollarlıq müqavilə ilə Westworld-ın yaratıcıları Lisa Joy və Jonah Nolan ilə danışıqlar aparmışdı. Məlumata görə Benioff ve Weiss 200 milyon dollarlıq bir anlaşma quraraq Westworld yaradıcılarının etdiyi anlaşmanı keçməyi planlaşdırır.

Mənbələrə görə ikili, müqavilədən qazandıqları pul ilə öz şirkətlərini qurmaq istəyir.

Game of Thrones son mövsümü ilə tamaşaçılara xəyal qırıqlığı yaşatmış olsa da rekordlar qırmağa davam etmişdi. Final mövsümünün ilk bölümü 17,4 milyon insan tərəfindən izlənilib. Final bölümü isə bu rekordu da aşaraq 20 milyon insan tərəfindən seyr edilib. Rekordlar serialı  Emmy mükafat mərasimində 32 nominasiyada namizədliyə layiq görülərək yeni bir rekorda da imza atıb.
 
Xatırladaq ki, Benioff və Weiss-ın hazırda yeni Star Wars (Ulduz Müharibələri)  üçün Disney ilə çalışır. İlk film 16 dekabr 2022-ci ildə ekranlara gələcək.

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Bakıda Beynəlxalq Dron Olimpiadasının Azərbaycan finalı keçirilib

Chip.az bildirir ki, olimpiadada Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən dövlət və özəl orta təhsil müəssisələrində təhs

Tesla 5 dəqiqədə 120 km-lik məsafə imkanı yaradan 3. nəsil Super Şarj Stansiyasını istifadəyə verdi

Elektrik enerjisi ilə işləyən avtomobillər böyüdükcə yeni və daha sürətli şarj texnologiyasına olan tələbat da artır.

Tesla-nın V3 adlı yeni şarj stansiyaları şirkə

YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin 1-ci iclası keçirilib

İclasda Milli Komitədə təmsil olunan dövlət qurumlarının, o cümlədən Xarici İşlər, Mədəniyyət, Təhsil, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklər

Animasiya studiyasında yanğın baş verdi: ölən və yaralananların olduğu bildirilir!

Yaponiyada  yerləşən məşhur anime studiyası - Kioto animation-da yanğın baş verdi