Geyinilə bilən ilk kondisioner

  • 29 İyul 2019
  • 73

Sony isti yay günlərində sərinləmək üçün yeni məhsul təqdim edib..

Yapon şirkətinin yeni məhsulu, geyimlərin yaxa hissəsinə yerləşdirildiyi zaman bədən temperaturunu azaltmaq və ya artırmaq üçün istifadə ediləcək.

Chip.az xəbər verir ki, xüsusilə bu isti yay günlərində insanlar tez-tez havanın nə qədər isti olduğundan şikayətlənirlər. Sony-nin bu vəziyyətə mane olmaq üçün çıxardığı yeni bir cihaz olduqca maraqlıdır. Sony-nin yeni məhsulu paltarların içinə yerləşəcək qədər kiçik olacaq.

Kənardan görünməyəcək "The Reon Pocket" adlı cihaz istifadə edən adamın boyun hissəsinə yerləşdiriləcək və peltier termoelektrik təsirindən də istifadə edəcək.

Peltier təsiri aralarında istilik fərqi olan və istilik transferi meydana gələn iki səthin elektrik bir gərginlik qüvvə istehsal etməsilə yaranır. Bir elektrik cərəyanı yaratmaları üçün birləşdirilən keçiricilərə voltaj tətbiq olunur. İki keçirici əlaqələrindən axan cərəyan bir tərəfdə zaman istiliyi uzaqlaşdırır və soyutma həyata keçirilir.
 
Digər tərəfdə isə istilik toplanılır və temperatur artımı meydana gəlir. Bu səbəbdən Sony-nin geyinilə bilən kondisioneri, əslində soyuq qış günlərindən istiliyi artırmaq üçün də istifadə ediləcək. Videonu link vasitəsi ilə izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=2dlzdZlbq2Q

Qeyd edək ki, kondisionerin batareyası 24 saat istifadəyə malikdir. Yəni günün ortasında cihazı doldurma problemi olmayacaq. Batareya doldurmaq üçün USB-C bir kabellə 2 saat ərzində doldurmaq olacaq.

The Reon Pocket  2020-ci ilin mart ayında bazara təqdim ediləcək. Lakin hələ ki, yalnız Yaponiyada satılacaq.

 

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tədbirlər

Virtuallaşdırma ilə maraqlanan xanımlar üçün seminar keçiriləcək

"Girls Code" və "Youth Inc." Sahibkarlıq Proqramı "Virtualization for Beginners" mövzusunda seminar keçiriləcək.

Seminarın media dəstəkçilərindən olan

ABŞ-ın Azərbaycandakı səfiri İnnovasiyalar Agentliyində olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberqer arasında İnnovasiyalar Agentliyində görüş keçirilib.

İnnovasiya Festivalı ilə bağlı yekun mətbuat konfransı keçirilib

Cari ilin 29 may-4 iyun tarixlərində Azərbaycanda ilk dəfə olaraq təşkil olunan “İnnovasiya Festivalı”nın (“İnnoFest”) yekunlarına dair mətbuat konfransı keçirilib.

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

Almaniyanın Leypsiq şəhərində  Beynəlxalq Nəqliyyat Forumunun (BNF) “Regional inteqrasiya üçün nəqliyyat bağlantısı” mövzusunda illik Sammiti keçirib.

<

Microsoft WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edir

"Microsoft" 12-14 iyun tarixlərində Bakıda keçiriləcək Dünya Gömrük Təşkilatının İT üzrə tədbirini - WCO IT/TI 2019 Konfrans və Sərgisini dəstəkləyənlərdən biridir.