Pokemon oyunu Google Play-dən qaldırılır

  • 27 İyul 2019
  • 62

Pokemon Company-nin ilk vaxtlarında sevilməsinə baxmayaraq son zamanlar çox tənqidə məruz qalan oyunu Pokemon Duel 31 oktyabrda Google Play Store-dən qaldırılacaq. Bunun bir səbəbinin oyunun son zamanlarda çıxan səhvlər səbəbindən oynanılmaz hala gəldiyi düşünülərkən, digər bir səbəbinin isə yeni çıxacaq olan Pokemon Masters oyunu olduğu güman edilir.

Chip.az xəbər verir ki, Pokemon Duel, Pokemon fiqurlarını dünyanın hər yerindəki insanlarla birlikdə rəqabət etdirəcəyiniz masa oyunudur. Pokemon Go kimi böyük bir uğura imza atmasa da WCCFtech'ə görə Pokemon Duel, Google Play Store-də çıxdığı gündən bəri 38 milyon dəfə yüklənilib. Oyun 2017-ci ilin yanvar ayından bəri mağazada var.
 
Amma sizə pis bir xəbərimiz var. Oyun 31 oktyabrda  Google Play Store-dən qaldırılacaq. Hazırda oyunun səhifəsinə girsəniz son zamanlar istifadəçilər tərəfindən yazılan şikayətləri görə bilərsiniz. Şikayətlərdə yeni gətirilən fiqurların keçmişləri işə yaramaz hala gətirdikləri və oyundakı səhvlərin artıq oyunu təhrif etdiyi də yer alır.
 
Pokemon Company-nin nəyə görə Pokemon Dueli mağazadan qaldıracağı məsələsində isə bəzi nəzəriyyələr var. Bunlardan biri oyunu əvvəllər olduğu kimi pul ödəmədən oynayan adamları artıq cəlb etmir. Bir digəri isə Pokemon Masters-in həm iOSAndroid platformalarına gələcək olması ilə birlikdə Pokemon Company-nin özü ilə rəqabət etmək istəməməsidir.
 
Pokemon Masters-in yaz ayında çıxması gözlənilir.

 

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mobil rabitə

Azercell və Xəzər TV-nin birgə xeyriyyə layihəsi

Hər zaman sosial layihələri dəstəkləyən bir şirkət olaraq tanınan Azercell, Ramazan ayında da bu istiqamətdə fəaliyyətini davam etdirib. 

Chip.az<

İmzanı Azercell ilə tanıt

Hər zaman yenilikçi ideyaları və təşəbbüsləri dəstəkləyən “Azercell” son günlər ərzində sosial şəbəkələrdə gündəmdə olan “İmzanı tanıt” çağırışına

Nar bir sıra hərbi hissədə mobil danışıq nöqtəsi yaratdı

26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə “Nar” növbəti uğurlu layihəsini icra edib.

Chip.az xəbər verir

Nar tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir

“Nar” tələbələrin öz ixtisasları üzrə uğurlu karyera qurmalarına və peşəkar inkişafına kömək etmək məqsədilə növbəti karyera sərgisində iştirak edib. 

Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb

Məqsədi abunəçiləri üçün həyatı asanlaşdırmaq və rəqəmsallaşdırmaq olan “Azercell” şirkəti ölkənin telekommunikasiya sektorunda 49 faiz payla lider mobil operator m