6 yaşlı youtuber 8 milyon dollar dəyərində mülk aldı

  • 27 İyul 2019

30 milyondan çox izləyicisi olan 6 yaşlı Cənubi koreyalı Youtuber, Seulda milyon dollarlıq mülk satın aldı.

 

Chip.az bildirir ki, Cənubi koreyalı 6 yaşlı youtuber Seulda 8 milyon dollar dəyərində 5 mərtəbəli mülk satın aldı.

 

İki fərqli Youtube kanalında 30 milyondan çox izləyicisi olan Boram, ailəsi tərəfindən yaradılan ailə şirkəti vasitəsilə Seulda 8 milyon dollarlıq 5 mərtəbəli mülkün yeni sahibi olub.

 

 Youtube kanallarının birində 13,6 milyon, digərində isə 17,6 milyon izləyiciyə sahib Boran-ın bəzi videoları 350 milyondan çox izlənib. Boram-ın aylıq gəlirinin 3 milyon dollar olduğu bildirilir.

 

Qeyd edək ki, Forbes-ə görə, keçən il ən çox gəlir əldə edən Youtuber, 22 milyon dollarlıq qazancı 7 yaşlı ABŞ vətəndaşı Ryan Kaji olmuşdu.

 

 Bəzi video materiallar şikayət edilib!

 

Uşaqları Qoruyun (Save the Children) adlı qeyri-hökumət təşkilatı, 2017-ci ildə Boram-ın bəzi videolarının uşaqların emosional və əxlaqi inkişafını mənfi təsir göstərəcəyinə dair şikayətlər almışdı. Təşkilat, Boram-ın atasının pul kisəsindən pul oğurladığı və avtomobil sürdüyü videoları polisə bildirmişdi.

 

Seul Ailə Məhkəməsi, Boram-ın valideynlərinə, uşaq istismarını qarşısını almaq məqsədilə yaradılan məsləhət kursunu bitirmə cəzası vermişdi.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır