21 yeni planet kəşf edildi

  • 27 İyul 2019
  • 53

NASA-nın "planet kəşfiyyatçı" peyki TESS (Transiting Exoplanet Survey Satellite), Dünyaya oxşar planetləri aşkar etmək üçün keçən il kosmosa buraxılmışdı. 

Chip.az xəbər verir ki, 18 Aprel 2018-ci ildə planet kəşfinə başlayan TESS peyki 1 ildən çox müddətdir ki, orbitdə araşdırmalarını davam etdirir. Daha əvvəl süpernovaları və qara dəlikləri də araşdıran TESS, son 1 ildə etdiyi 21 planet kəşfi ilə NASA-nı dərin kosmos həyat əlamətlərini tapmaq məsələsində bir addım irəli aparır.

İndiyə qədər TESS Günəş sistemimizin xaricində yalnız ilk ildə 21 yeni planet kəşf edib. Məlum olduğu kimi, TESS 2018-ci ilin aprel ayında orbitə daxil olmuş və ilk olaraq cənub bölgəsindəki ulduzları öyrənmişdi.

NASA, kəşf vasitəsinin bütün gözləntiləri üstələdiyini və şimal bölgəsində daha çox planet axtardığını açıqlayıb. TESS-in baş tədqiqatçısı  George Ricker bildirib ki,  "TESS-in ilk fəaliyyət ilində sürəti və məhsuldarlığı bu vəzifə üçün bütün ümidlərimizi doğruldub" 
 
2018-ci ilin iyul ayından bu yana kəşf vasitəsi cənubda qara dəliklər, süpernovalar haqqında məlumat toplayıb. TESS planetləri tapmaq üçün hər səfərdə 27 gün ərzində göydən 24 dərəcəyə qədər olan bir parça izləyir. Həmçinin TESS, Günəş sistemindən 300 işıq ili daha yaxın ulduzlara yönəlir.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

Son Zamanların Ən Çox Sevilən 16 Pulsuz ios Oyunu

Biz də sizlər üçün ios platformasında oynanan ən yaxşı 16 oyunu topladıq.
Mobil oyunlar Nokia Snake oyunundan sonra çox yol qət etdilər. Appleın App Store 2018in ilk rübünd

Samsung yeni məhsullarını yalnışlıqla nümayiş etdi

Fevral ayının 20-də Cənubi Koreya şirkəti Samsung San-Fransiskoda baş tutacaq təqdimatında bir çox məhsullarını nümayiş etdirəcək. Ancaq tədbirə 5 gün qalmı

"Stranger Things'' animasiya olsa necə olardı?

''Stranger Things''-in 3-cü sezonu ABŞ-ın Azadlıq Günündə tamaşaçılarla görüşdü.

Chip.az xəbər verir ki, ser

Rusiya prezidenti ABŞ-ın Huawei sanksiyalarına qarşı çıxış edib

Huawei istiqamətində davam edən gərginlik Rusiya prezidenti Vladimir Putin ilə yenidən gündəmə gəldi.

Chip.az xəbər verir ki, Putin Sankt-Pe

Qadınlar kişiləri geridə qoydu

Hesablamalara görə, sayı 1 milyonu keçən alış-veriş həvəskarlarının 86%-ni təşkil edən qadınların sayı 10% daha artarsa, e-ticarətdə Türkiyə iqtisadiyyatına 1,5 milyard dol