Fortnite-nin 30 milyon dollar mükafatlı Dünya Çempionatının finalları başlayır

  • 27 İyul 2019

Məhşur həyatda qalma oyunlarından olan Fortnite-nin WORLD CUP (Dünya Çempionatı) finalları bu həftə sonu ərzində davam edəcək. Turnir çərçivəsində qalib gələnlərin hərbirinə 3 milyon dollar mükafat veriləcək.

Oyun sektorunda son bir neçə ildir ki, aparıcı yerdə sağ qalma oyunları durur. PUBG, Fortnite Arex Legends kimi oyunlar hər gün yüz minlərlə oyunsever tərəfindən aktiv olaraq oynanılır. Və ən fəallar müəyyən edilərək, oyun idarəçiləri tərəfindən müntəzəm turnirlərə cəlb olunurlar.

 

Chip.az bildirir ki, Fortnite, 40 milyondan çox oyunçunun iştirak etdiyi Dünya Kuboku çempionatının ilk etabı 2.5 ay müddətinə başa çatıb və artıq, bu turnirin final mərhələsinə keçilib. Epic Games, Nyu-yorkda keçiriləcək turnirlər üçün bir tennis stadionu icarəyə götürdü və önümüzdəki həftə sonu ərzində bu stadionda, həm də bol miqdarda Fortnite qarşılaşması keçiriləcək, həm də milyonlarla dollar mükafat öz sahiblərini tapacaq. İlk dəfə 2017-ci ildə keçirilən və 250 milyondan çox oyunçusu olan Fortnite-nin Dünya Çempionatı finalları, yaşları 12 ilə 16 arasında dəyişən 100 oyunçunun iştirakı ilə baş tutacaq. Oyun sektorunda bu günə qədərki ən yüksək mükafatı verəcək olan Epic Games, bu turnirin finalına 30 milyon dollar mükafat ayırıb.

 

3 gün ərzində davam edəcək çempionat, yüz minlərlə tamaşaçıya həm stadionda, həm də onlaynda təqdim ediləcək. Bu gün başlayacaq olan tədbirlərdə ilk olaraq bəzi şoular və qarşılaşmalar keçiriləcək.

Belə ki, sabah və bazar günü isə çempionatın qarşılaşmaları keçiriləcək. Sabah keçiriləcək qarşılaşmalar 2 nəfərlik olmaqla 50 komanda yarışacaq. Bazar günü baş tutacaq qarşılaşmalarda isə oyunçular tək başlarına hünərlərini nümayiş etdirəcəklər. Hər iki gün keçiriləcək qarşılaşmalar 6 etabdan ibarət olacaq və hər öldürmə sayı üçün xal qazanılacaq. Həm "Solo", həm də "Duo" rejiminin qalibləri 3 milyon dolların sahibi olacaqlar.

 

Turnirə qatılan aktyorların böyük əksəriyyəti, peşəkar e-sport komandalarından olan NRG, Fazaya və Envy-dəndir. Bu da e-sporta verilən önəmi nümayiş etdirir.

 

Mövzu ilə bağlı açıqlamalar verən Fortnite briqadası, stadionda olmayacaq oyunseverlerin bu turnirləri necə gedəcəyinə dair məlumatda yayımlayıb. B u açıqlamalara görə turnir, Fortnite-nin Youtube, Twitch Facebook  kimi platforma səhifələrindən izlənilə bilinəcək. Ancaq daha realist bir turnir təcrübəsi yaşamaq istəyən oyunseverleri də düşünən komanda, "Görüntü İçində Görüntü" olaraq da bilinən "Pip" xüsusiyyətini bu turnir üçün aktiv etdiyini bildirib. Bu xüsusiyyəti istifadə etmək üçün Fortnite oyununa giriş edib sonra da turniri izləməyə başlamağınız lazımdır. Lobbinin sağ üst küncündə yerləşən "Dərhal İzlə" bölməsinə basırsınız və siz birbaşa oyunun içərisində olacaqsınız. Bu üsulu istifadə edərək turniri, oyunçular arasında keçid edərək birbaşa oyunu içindən izləyə bilərsiniz.

 

Əgər turnirdəki yarışların saatını öyrənmək və ətraflı məlumat almaq istəyirsinizsə, bu linkə  tıklayın.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır