Döymə kimi istifadə olunan süni səs telləri istehsal edilib

  • 27 İyul 2019

Bir çox insan ciddi yaralanmalar nəticəsində nitq qüvvəsini itirir. Müxtəlif səbəblərdən danışıq qabiliyyətini itirmiş bir çox insana yardım etmək istəyən tədqiqatçılar "süni bir boğaz" istehsal ediblər.

Chip.az xəbər verir ki, səs tellərinin başına gələ biləcək hər hansı bir ciddi yaralanma bir insanın nitq qabiliyyətlərini əbədi əlindən ala bilər, ancaq bu vəziyyətin qarşısını alacaq yeni bir yol tapılıb.
 
 Çinli tədqiqatçılardan yaranan bir komanda, yaralanma səbəbi ilə danışa bilməyən xəstələrə təkrar danışma bacarığını qazandıran "süni boğaz" inkişaf etdirdiyini bildirib. Bundan başqa, xəstələr bu üsulla hər hansı bir əməliyyata da ehtiyac duymayacaq.

Bu haqda qısa müddət əvvəl ACS Nano jurnalında dərc olunub. Dərc olunan məqaləyə görə, süni boğaz hazırlamağın ilk addımı, polivinil spirtdən hazırlanmış incə bir təbəqəyə lazer kəsmə üsulu ilə grafen tətbiq etməkdir.
 
Prosedura görə Grafen mərhələsindən sonra ilk addımda yaradılan çevik quruluşlu cihaz, yalnız su istifadə edilərək könüllünün boğazının ön tərəfinə yerləşdirilir. Bu üsul yapışdırılaraq istifadə edilən müvəqqəti döymələrlə təqribən eyni məntiqlə çalışır. Cihaz baş barmağın ikiqatı ölçüsündədir.

 Süni boğaz könüllünün bədənində hazır vəziyyətə gətirildikdən sonra könüllünün tək vəzifəsi boğazını sanki danışırmış kimi hərəkət etdirməkdir. İlk mərhələdə hərəkət zamanı səssiz qalan cihaz, boğazdakı hərəkətləri "Bəli" və ya "Xeyr" kimi səsli sözlərə çevirərək insanın çıxışını təmin edəcək.
 
Tədqiqatçılara görə cihazı istifadə edən insan, zamanla və bol çalışmaqla cihazın hansı hərəkəti hansı səsə çevirdiyini anlaya biləcək. Ümid edirik ki, bu qədər kiçik bir cihaz yaxın gələcəkdə bir çox insanın həyatını daha yaxşı hala gətirəcək. 

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır