Huawei Nova 5i Pro təqdim edildi

  • 26 İyul 2019

Huawei yeni ağıllı telefon modeli Nova 5i Pro-nu tanıdıb. Kirin 810 prosessorunu istifadə etdiyi telefon, 6 GB və 8 GB-lıq RAM variantları və üç müxtəlif rəngi ilə birlikdə təqdim olunacaq.

Chip.az xəbər verir ki, Huawei  dördlü arxa kamera quruluşuna malik olan yeni ağıllı telefon modeli Nova 5i Pro-nu yayımlayıb. Kirin 810 prosessorunun istifadə edildiyi Nova 5i Pro-dan çox danışılacaq.
 

20 voltluk sürətli doldurma dəstəyinə sahib olan Huawei Nova 5i Pro, 4.000 mAh-lıq batareyasını yarım saat içərisində 50 faiz nisbətində doldura bilir. 6.26 düym IPS ekranı ilə də diqqətləri üzərinə çəkməyi bacaran Nova 5i Pro, FHD+ ekranı birlikdə istifadəçilərə yaxşı təcrübə yaşatmağı planlaşdırır. 

Huawei Nova 5i Pro xüsusiyyətləri:

7 nm-lik 8 əsaslı Kirin 810 prossessoru (2.27 GHz)
 6.26 düym FHD+ (2340 x 1080 piksel) IPS ekran
 6 GB və 8 GB-lıq RAM variantları
 128 GB və 256 GB daxili yaddaş variantı
 32 meqapiksel, f/2.0 diafraqmda ön kamera
 48 meqapiksel Sony IMX586 sensorlu f/1.8 diafraqmada baş arxa kamera
 8 meqapiksel ultra geniş aspektli kamera
 2 meqapiksel, f/1.75 diafraqmada makro linza
 2 meqapiksel, f/2.4 diafraqmada dərinlik sensoru
 Arxa hissədə yerləşən barmaq izi oxucu sensoru
 4G əlaqə dəstəyi, 2.4 GHz və 5.0 Ghz Wi-Fi dəstəyi, Bluetooth 5.0
 4.000 mAh batareya (20 W sürətli doldurma dəstəkli)
 Android 9 Pie əsaslı EMUI 9.1.1
 Ölçülər: 156.1 mm x 73.9 mm x 8.3 mm və ağırlıq: 178 qram
 Qara, mavi və yaşıl olmaqla üç fərqli rəng variantı

Bütün bu xüsusiyyətləri ilə birlikdə t'qdim olunan Huawei Nova 5i Pro-nun 6 GB RAM 128 GB daxili yaddaşlı variantı 319 dollar, 8 GB RAM və 128 GB-lıq yaddaş sahəsi olan variantı 363 dollar və son olaraq 8 GB RAM ilə birlikdə 256 GB-lıq yaddaş sahəsinin yerləşdiyi ən üst səviyyəli variant isə 406 dollar dəyərindədir.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır