NASA və Xeric Apollo 11-in enişinin il dönümünə özəl saat satışa buraxdı

  • 26 İyul 2019

NASA və Xeric-dən Aya enişin 50-ci il dönümünə özəl saat dizayn edilib.

İnsan oğlunun Aya enişinin 50-ci il dönümünə xüsusi olaraq NASA və Xeric əməkdaşlığı ilə Trappist-1 NASA Edition adlı saat modeli hazırlandı.

 

Chip.az bildirir ki, 50 il öncə reallaşan Aya səyahətə olan diqqət və marağı əks etdirmək üçün xüsusi bir saat dizayn edilib. Trappist-1 NASA Edition adlı bu xüsusi saatın dizaynı olduqca maraqlıdır. Belə ki,saatın adı dünyadan 39 işıq ili uzaqlıqdakı Trappist-1 ulduz xəritəsindən götürülüb.

 Saat dizaynıyla yanaşı xüsusiyyətləri ilə də diqqət çəkir. Su keçirməyən, paslanmaz polad bir kassaya sahib olan və Apollo 11 vəzifəsində də istifadə edilən xarici çökək Hesalite şüşəyə yer verilən bu xüsusi dizayn saatda fərqli dizayna malik arxa etmələrə yer verilir. Ulduzları işarə edən fosforlu zəminə malik olan saatın əqrəbi ilə saniyə ölçəni planetlərin orbit ətrafında fırlanmasını əks etdirəcək formada hazırlanıb. Göz alıcı dizayna sahib olan bu saatda Trappist-1 ulduz xəritəsi satin mərkəzində yer alıb.

 

 Trappist-1 NASA Edition saatın qiyməti nə qədərdir?

Kickstarter layihəsi çərçivəsində dizaynı həyata keçirilən Trappist-1 NASA Edition adlı bu xüsusi saat ianə layihəsi çərçivəsində satışa təqdim olunur və indiyədək bu layihə üçün hədəflənən 10 min dollarlıq ianə miqdarını keçərək 1.9 milyon dolları çatıb. Məhsulu satın almaq istəyənlərin Kickstarter  adlı saytdan 179 dollar ianə köçürməklə əldə etmək mümkündür.

 

https://www.youtube.com/watch?v=ngypK_jMEf0

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər