Google, Chrome-la bağlı tədbirlər görür

  • 26 İyul 2019

''Google” artıq sayda istifadəçi verilənlərini toplayan “Chrome Web Store”-dan genişlənmələri silməyə başlayacaq. 

Chip.az İnsider.az-a istinadən xəbər verir ki, şirkət tərtibatçılardan öz genişlənmələrinin konfidensiallıq siyasətini dəyişdirmələrini tələb edib. Yeni qaydalara görə onlar genişlənmələrin işləməsi üçün lazım olan ən minimal verilənlər sayına giriş istəməlidirlər.

Tərtibatçılar artıq istifadəçilərin hansı məlumatları yığdığı, onları necə saxladıqları və istifadə etdikləri barədə məlumatı dərc etməli olacaqlar. “Google” həmçinin hansı məlumatların üçüncü tərəflərə ötürülməsi qadağan olunduğunu qeyd edib:

•    Login və şifrələr;
•    Ödənişlərin həyata keçirilməsi üçün məlumatlar;
•    (Targetinq reklamları üçün toplanan) şəbəkədə fəallıq barədə verilənlər.

İstifadəçi verilənlərinin emalı siyasətindəki dəyişiliklər cari ilin oktyabrın 15-dən qüvvəyə minəcək.

Qeyd edək ki, şirkət konfidensiallıq siyasətini istifadəçilərin fərdi məlumatlarını qorumalı olan yeni “Project Strobe” layihəsinə müvafiq olaraq dəyişir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər