Facebook və Instagramda yeni qadağa

  • 26 İyul 2019

Facebook və Instagram reklam yerləşdirənlərin ən çox üstünlük verdiyi platformalardır. Böyük bir kütləyə sahib olan Facebook və ya Instagrama reklam yerləşdirməklə milyonlarla insan həmin reklamı görə bilir.

Chip.az xəbər verir ki, bu fürsətdən pis niyyətli insanlar tərəfindən istifadə edilməsi ilə bağlı olaraq bəzi tədbirlər görülür. Xüsusilə istifadəçilər fırıldaqçıların verdiyi reklamlardan  şikayətçi olarkən, spirt və bu tip məhsullarla bağlı yeni bir qərar qəbul olundu.

Yeni qanuna əsasən, bundan sonra alkoqol və tütün ilə bağlı paylaşımlar yalnız 18 yaş və yuxarı şəxslərə göstəriləcək. Bu qadağa həm Facebook, həm də İnstagramda məhsulların satışını və hətta çəkiliş vasitəsi ilə hədiyyə edilməsini də əhatə edir.

Onu da qeyd edək ki, onsuz da Facebook Marketdə tütün və alkoqol satışına icazə verilmirdi.
 
Bu qərarın qəbul olunmasında ABŞ-da elektron siqaretə olan tələbatın artmasının böyük təsiri olduğu bildirilir.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır