Instagram istifadəçilərinin diqqətinə: Bu tətbiq yerinizi müəyyən edir!

  • 25 İyul 2019

Instagram-da izləyicilərinizin sizin yerinizi müəyyən edən naviqasiya sistemi istifadəyə verilib. Tətbiq istifadəçilər tərəfindən həm bəyənilib, həm də çox tənqid olunub.

Chip.az bildirir ki, sosial media platforması Instagram, öz içindəki dəyişikliklərinin yanaşı, bir çox yeni imkanların istifadəsinə çalışır. Bunlardan biri də yaxın günlərdə təqdim edilən “Who is Town” adlı tətbiqdir. İstifadəçi, tətbiqi etməyi endirdikdən sonra tətbiq istifadəçi tərəfindən Instagram-a istiqamətləndirilir. Bu tətbiqlə izləmək istədiyiniz insanın hara getdiyini, yaşadığı yeri xəritədə görə biləcəksiniz. Xəritə davamlı olaraq yenilənir və arxiv məkanlar da yaddaşa yazılır.

Tətbiqin iki fərqli rejimi mövcuddur.

Ümumi Rejim: Təqib edilən bütün şəxslərin getdikləri yerlərin xəritəsini görə bilirsiniz.

Tək İstifadəçi Rejimi: Tək bir adamı məkanını izləyirsiniz.

Qeyd edək ki, tətbiq, indidən bir çox etik problemi özü ilə birlikdə gətirdi və mübahisəyə səbəb oldu.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər