Time jurnalından Rusiyanı qəzəbləndirəcək addım: Aya doğru yeni bir yarışın içində...

  • 25 İyul 2019
  • 56

Time jurnalının Ayın fəthinə həsr edilmiş yeni sayında 1968-ci ildə nəşr olunan eyni mövzulu üz qabığından istifadə edilib. Ancaq yeni qapaqda Rusiya bayrağının olmaması diqqət çəkir.

Chip.az bildirir ki,Time jurnalının yeni sayında dizaynerlər 1968-ci ildə Ayın fəthinin əks olunduğu Sovet hökümətindən və ABŞ-dan kosmonavtın Aya doğru qaçdığı qapaqdan istifadə edib. Ancaq yeni sayda bu kosmonavtların olmaması diqqət çəkərkən amerikalı astronavtla birlikdə çinli rəqibi, həmçinin Falcon daşıyıcı raketinin və Dragon kosmos vasitəsinin istehsalçısı SpaceX və kosmos turizmində ixtisaslaşan Blue Origin şirkətlərinin astronavtları yer alıb.

Sputnik-in bildirdiyinə görə, jurnalın "Yarışa qatılan super dövlətlər. Rəqabət edən milyarderlər. Aya doğru yeni bir yarışın içində." adlı məqaləsində son illərdə özəlliklə ABŞ və Çinin yeni Ay proqramlarında uğur əldə etdikləri vurğulanır.

Daha öncə ABŞ-ın vitse-prezidenti Mike Pence, ölkəsinin 2024-ci ildə Aya astronavt göndərmə mövzusundakı planlara 100 faiz bağlı olduqlarını, bu dəfə astronavtların bir müddət Ayda qalaraq, yeni mənbələr, metodlar və yeni texnologiyalar inkişaf etdirəcəklərini açıqlayıb.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

ABŞ Huaweiyə qarşı sanksiyalara son qoya bilər

ABŞ-ın Maliyyə Naziri Mnukin bazar günü verdiyi açıqlamada "Çinlə ticarətə davam edərsək Çindən də bu istiqamətdə normal münasibət görsək , Huaweiyə qarşı sanksiyal

WhatsApp qaranlıq rejim funksiyasını sildi

Chip.az xəbər verir ki, dünyanın ən populyar aktiv mesajlaşma proqramı olan “WhatsApp”ın müntəzəm olaraq mobil tətbiqə yeni xüsusiyyətlər əlavə edir. Məlum

Çində geni dəyişdirilən primat uğurla klonlaşdırıldı

Chip.az bildirir ki, bu yaxınlarda ilk dəfə genetik cəhətdən modifikasiya edilmiş körpələrin dünyaya gəlməsi ilə bağı

Suya düşən telefonu necə bərpa etmək olar? - SADƏ ÜSULLAR

Chip.az xarici KİV-ə istinadla bildirir ki, suya düşən telefonu dərhal çıxarmaq la