Qızıldan hazırlanan Huawei P30 Pro

  • 25 İyul 2019
  • 184

Qızıl örtüklü olaraq qarşımıza çıxan telefonlar adətən məhdud sayda çıxır. Məhz bu ultra premium telefonlardan biri də Huawei P30 Pro oldu. 

Chip.az xəbər verir ki, Redmi-nin məhdud sayda olan Gold Redmi K20 Pro-nu rəsmi olaraq tanıtmasından sonra Çinli texnologiya şirkəti Huawei-nin də P30 Pro-nun Gold variantını çıxardı. Ana gövdəsi tamamilə qızıldan ibarət olan telefon ilk olaraq Çinli aktyor Donnie Yen-in əlində görünüb. Hazırda bu ultra premium cihaza dair hər hansı bir rəsmi detal və ya qiymət məlum deyil.

Fotolara baxdıqda telefonun arxa tərəfinin 24 əyar qızıldan hazırlandığı görünür. Telefonun arxa tərəfində isə aktyor Donnie Yen-in adı yazılıb.

Qeyd edək ki, fotoşəkillərdə telefonu göndərdiyi bəlli olan Gold Elite saytı Huawei P30 Pro-dan əvvəl Samsungun Galaxy S8+Galaxy Note 8 telefonları üçün də qızıl örtmə işləri hazırlamışdı. 

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oyun və film

Azərbaycanlı rejissorun filmi Amerikada: Kiyamet deneyi

“Aporia Kiyamet deneyi” filminin təqdimat mərasimi keçiriləcək.

Chip.az xəbər verir ki, Azərbaycanlı rejisor və ssenarist Rec Rəvanın m

The Alita Battle Angel-in Super Bowl fraqmenti yayımlandı

Chip.az bildirir ki, film 2 həftədən az müddətdə ekranlarda yayımlanacaq. 40 saniyəlik Super Bowl fraqmentini sizə təqdim edirik.