Aya ilk ayaq basan kosmonavtın ölüm sirri

  • 25 İyul 2019
  • 65

Bəşəriyyət üçün kosmosda böyük addıma imza atan Nil Armstronq 83 yaşında dünyasını dəyişib.

Chip.az Oxu.az-a istinadən xəbər verir ki, kosmonavtın ürəyində aparılan əməliyyatdan sonra o, dünyasını dəyişib.

Ehtimal edilir ki, ölümə əməliyyat səbəb olub.

“New York Times”ın jurnalistləri iddia edir ki, həkim səhvini ört-basdır etmək üçün tibb işçiləri əfsanəvi kosmonavtın övladlarına pul təklif ediblər.

Jurnalistlər qeyd edir ki, Armstronqun müalicə olunduğu xəstəxana onun övladlarına susmaq üçün 6 milyon dollar ödəyib. Varislər pulu atalarının ölümündən sonra gizli razılaşma ilə əldə ediblər.

Qeyd edək ki, “Apollon-11” gəmisinin komandiri Nil Armstronq 1969-cu ilin iyul ayında Ayın səthinə enib. O, 2012-ci ildə vəfat edib. O dövrdə onun qohumları xəstəxanaya qarşı iddia qaldırmışdılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mobil rabitə

Bakcell gənclərin karyera və məşğulluq imkanlarını artırır

Bakcell şirkəti Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" tədbirinə qatılıb.<

İqtisadiyyat Nazirliyi Bakcelli mükafatlandırdı

“Bakcell” şirkəti Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində daha bir mükafata layiq görülüb. 

Chip.az xəbər verir ki, iyunun 4-də Ba

Dünyanı Azercell ilə səyahət et

Azercell abunəçilərinin istifadəsinə yeni Aylıq Rominq İnternet Paketini təqdim edir.

Chip.az xəbər verir ki, rominq zamanı internet xidmət

Azercell yeni brend kimliyini açıqladı

Azərbaycan telekommunikasiya sektorunun lideri, fəaliyyət tarixində yeni bir dönəmə qədəm qoyan “Azercell” iyun ayının 21-də Heydər Əliyev Mərkəzində dövlət və bizne

Nar 4G istifadəçilərinin sayı 700 minə çatıb

Ölkənin ən geniş 4G şəbəkələrindən birinə malik olan “Nar”-ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır.

Chip.az xəbər ver