Yeni filterlər Snapchata şans gətirdi

  • 25 İyul 2019

Snapchat güclü rəqibləri qarşısında çətin günlər keçirmişdi. Lakin demək olar ki,  işlər yavaş-yavaş yoluna girir. Çünki şirkətin yaydığı son maliyyə hesabatında yer alan məlumatlar bunu deməyə imkan verir. Snapchat istifadəçisi sayı ilə bağlı məlumatlarla tanış olaq.

Chip.az xəbər verir ki, bir zaman ən məşhur mesajlaşma proqramlarından biri olan Snapchat bir müddətdir ki, populyarlığını itirmişdi. 2019-ci ilin ikinci rübünə dair maliyyə hesabatını açıqlayan şirkət, artıq işlərin dəyişməyə başladığını göstərdi.
 
 Son üç aylıq ərzində 13 milyon gündəlik aktiv istifadəçi qazanan proqram  gündəlik 203 milyon istifadəçiyə çatmış oldu. Eyni zamanda  daha da maraqlı üz filterləri təqdim olunub.

Xüsusilə tanınmışlar tərəfindən də istifadə edilən cinsiyyət dəyişdirmə və körpə kimi göstərən filterlər və Android tətbiqini yeniləməsi də şirkətin inkişafına təsir edib.

Rəqəmlərlə bunu göstərmiş olsaq; üz filterləri sayəsində 7 ilə 9 milyon arasında yeni istifadəçinin qoşulduğu düşünülərkən, yenilənən Android tətbiqetməsinin isə 7 faiz istifadəçi artımına səbəb olduğu deyilir.

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır