Chip.az bildirir ki, dünyanın ən çox istifadə edilən anlıq mesajlaşma tətbiqi Whatsapp, sürpriz bir həmlə ilə KaiOS əməliyyat sistemli telefonlarda da istifadəyə buraxıldı.
Belə ki, ötən il Android-in arxasındakı nəhəng ad Google, KaiOS əməliyyat sisteminə 22 milyon dollar sərmayə qoymuşdu. Qeyd edək ki, bu proses Mozilla Firefox OS-un qalıqlarından yenidən inkişafetdirilərək yoluna davam etdi və Nokia-nın 8810 kimi telefonlarında aktiv olaraq yer aldı. TCL və Micromax kimi şirkətlərin də istifadə etdiyi KaiOS, insanlara ilkin telefon təcrübəsi yaşadır. Web əsaslı əməliyyat sistemi, "HTML5, Javascript, ya da CSS" ilə yazılmış tətbiqlərə sahibdir.

Hazırda 100 milyondan çox sadə telefonun daxilində yer alan əməliyyat sistemi, artıq Whatsapp tətbiqinə də sahibdir. Qısa müddət mnce KaiStore içərisinə giriş edən məhşur tətbiq, bu mühüm addımla əhatəsinə sadə cihazları da əlavə edir. 256 mb kimi RAM-a malik bu cihazlara xüsusi olaraq optimallaşdırma edilən xüsusi Whatsapp variantı, istifadəçiləri olduqca məmnun edəcək kimi görünür.
Whatsapp ilə KaiOS əməliyyat sisteminə malik cihazlar daha əlverişli hala gəlir.
Apardığı böyük sərmayə ilə "Assistant, Xəritələr, Youtube və Axtarış" kimi xidmətləri KaiOS əməliyyat sisteminə gətirən Google, Whatsapp-ın da prosesə qatılması ilə bu cihazlarda daha çox üstünlük əldə edəcək. Dünya üzrə 1.5 milyarddan çox istifadəçisi olan Facebook-un sahibi olduğu Whatsapp da bu həmlədən böyük geri dönüş gözləyir. Dünya üzərində hələ də "ağıllı telefon" almayan insanlar var. Artıq şirkətlər onları da bir-bir özlərinə bağlayaraq, istifadəçilərinin sayını artırmağı planlaşdırırlar.
Sevinc Baba-zadə