50-dən artıq məktəbdə robototexnika kursu yaradılacaq

  • 24 İyul 2019
  • 53

Azərbaycanda 2019-2020-ci tədris ilində 50-dən artıq məktəbdə robototexnika kursu yaradılacaq.

Chip.az İnsider.az-a istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bu kurslar 5000-dən artıq şagirdi əhatə edəcək.

E.Əmrullayev bildirib ki, hazırda Təhsil İnstitutunun əməkdaşları məzmun və tədris planı üzərində işləyirlər:

"Hazırda STEAM-ın (Science, Technology, Engineering, Art and Mathematics - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) tətbiqi üçün hazırlıq işləri davam edir. STEAM müxtəlif fənlərin inteqrativ təliminə əsaslanır, şagirdləri maraqlı layihələrə cəlb etməklə onların motivasiyasını artırır, şagirdlərdə məsələ həlletmə, qrupda iş və əməkdaşlıq, ünsiyyət, yaradıcılıq, tənqidi təfəkkür kimi bacarıqları inkişaf etdirir. Bunun üçün mart ayında Təhsil Nazirliyinin dəstəyi ilə 50 nəfər müəllim İsrailə 4 həftəlik müvafiq təlimlərə göndərilmişdi".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Elon Musk Amazon-un hazırladığı yeni cihazına ciddi yanaşmır

Chip.az xəbər verir ki,bir müddət əvvəl  Musk “Amazon” təmsilçisinin  internet əlaqələri üçün kosmosa 3 min peyk göndərmək istəyi ilə bağlı  “Twitte

Elon Musk interneti 40 dəfə sürətləndirəcək peykin şəkilini paylaşıb

Chip.az xəbər verir ki, “SpaceX Falcon” roketində təşkil edilən 60 peykin şəkillərini paylaşan Elon Musk onlar haqqında yeni məlumatları təqdim edib.

“Ağıllı” güzgü peşəkar kosmetik konsultasiya verəcək

techcult.ru saytının məlumatına görə, “HiMirror Mini Premium”

Instagram həştaq silmə funkisyasını işə saldı

Chip.az xəbər verir ki, bu gündən etibarən şirkət insanlara peyvəndlərlə bağlı yalnış məlumatlar yayan həştaqları aradan qaldıracaq. “Instagram