Microsoft tətbiqlərində virus aşkarlandı

  • 24 İyul 2019
  • 58

Microsoft tətbiqlərinə virus yayılıb.

Chip.az bildirir ki, bəzi Microsoft tətbiqlərinə virus yayıldığı üçün çox sayda istifadəçi bundan təsirlənib.

Belə ki, Microsoft istifadəçiləri, Windows tətbiqlərinə yayılan təhlükəli bir virusla qarşı-qarşıyadır. Proqramistlərin sözlərinə görə, virus bir neçə aydır Microsoft-un tətbiqlərini və xidmətlərini hədəf alıb.

Microsoft-un News Outlook tətbiqinin, eyni zamanda bəzi Microsoft oyunlarının virusdan təsirləndiyi, bu səbəblə virus əks etdirən reklamlar göstərməyə başladığı bildirilir. Araşdırma şirkəti Confiant, virusun mənbəyinin Honq Konq olduğunu müəyyənləşdirib. Şirkətə görə virus eyni mənbə tərəfindən işlədilən Fiber-Ads Clockfollow-dur.

Aparılan tədqiqatlar bu iki "xidmət" üzərindən həqiqət təchizatçıların reklamlarının göstərildiyini, daha sonra reklam içərisinə zərərli kodların gizləndiyini göstərir. Bu şəkildə istifadəçi, tamamilə başqa bir sayta istiqamətləndirilir.

Ələ keçirilən şəbəkə, reklam platforması Mymediaads-dakı bir hesab üzərindən kiber cinayətkarlara satılır və istifadəçi, saxta əməliyyatlar və saxtakarlıqların olduğu bir səhifəyə istiqamətləndirilir.

Araşdırmaya görə, masa üstü və mobil cihazlar, virusdan bərabər səviyyədə təsirlənir. Confiant, bu virus kampaniyasının təkcə bu il ərzində 100 milyon reklam göstərdiyini deyir.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Alimlər özü-özünü çoxalda bilən yeni məhsul kəşf edib

İnsanlar və digər canlılar kimi hər ötən gün inkişaf edən texnologiya aləmi yeni kəşflərlə təəcübləndirməyə davam edir.

Chip.az  xəb

Azərbaycanda bu avtomobillər ucuzlaşacaq

Bu ilin iyul ayında Azərbaycanın avtomobil bazarında avtomobillərin orta qiyməti 38 817 manat təşkil edib.

Chip.az Unikal.org sayt

Honor markalı ilk noutbuk buraxılıb

Chip.az  xəbər verir ki, ekran 1920 х 1080 piksel təsvir ölçüsünə, 178 dərəcə baxış bucağına, 1800:1 nisbətində kontrastlığa və 16:9 tərəflər nisbətinə

"Gələcək həmkarım" layihəsinin ilk addımı atıldı!

“Chip”-in bu layihəni həyata keçirməkdə məqsədi ölkəmizin ucqar kənd məktəblərindəki informatika və texnologiya siniflərini texnoloji ləvazimatlarla az da ol