Apollo 11 tərəfindən çəkilən görüntülər 1,8 milyon dollara satıldı

  • 24 İyul 2019

Aya ayaq basılan anın görüntüləri 1,8 milyon dollara satıldı.

Chip.az bildirir ki, Amerika Milli Aviasiya və Kosmos Agentliyinin (NASA) 1976-cı ildə səhvən 217 dollara qurumda çalışan bir asistana satdığı Aya ilk ayaq basılan anın görüntüləri açıq artırmada 1 milyon 820 min dollara satın alındı.

Sothebys muzeyində sosial media hesabında yayımlanan postda, Apollo 11-in aya enişinin bu günə qədər qalan ən yaxşı NASA video kaset qeydləri Nyu-Yorkdakı açıq artırmada 1,8 milyon dollara satıldı." –deyə bildirilib.

Belə ki, bu günə qədər qorunan 3 orijinal kaset cəmi 2,5 saatlıq görüntüdən ibarətdir.

Görüntülərdə, kosmonavt Neil Amstrong-un Aya ilk ayaq basdığı an və ABŞ-ın o vaxtkı prezidenti Riçard Nixon-un çıxışı yer alır. Görüntülərin yerləşdiyi kasetlər, NASA-da asistan kimi çalışan Gary George-yə, bir açıq artırmada səhvən digər 65 kasetlə birlikdə 217 dollar 77 sentə satılmışdı.

NASA-dan aldığı kasetlərin bəzilərini yerli televiziyalara satan Gary, sözügedən 3 kaseti atasının tövsiyəsi ilə əlində tutmuşdu.

Qeyd edək ki, Apollo 11 tərəfindən Ayda çəkilən fotolar haqqında ətraflı informasiya öncəki xəbərdə  paylaşmışdıq.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır