Huawei Y9 Prime 2019 üçün gözlənilən gün gəlir

  • 24 İyul 2019
  • 78

Huawei Y seriyası ailəsini genişləndirməyə davam edir. Giriş səviyyəsi olaraq həyatımıza daxil olan ailə orta segmentə doğru genişlənir.

Chip.az xəbər verir ki, Y6, Y7, Y8 Y9 kimi modellərdən sonra ailəyə Y9 Prime 2019 da qatılır. Daha əvvəl haqqında xəbərlərin çıxdığı telefon Amazonda siyahıya salınıb. Huawei Y9 Prime 2019 modelinin nə zaman satışa təqdim olunacağı da bəlli olub.

Huawei Y9 Prime 2019 xüsusiyyətləri məlum olub. 

Ön kamerası ilə diqqət çəkən telefon 6.59 düyümlük bir ekranla gəlir. Telefonun alt hissəsində nazik bir çərçivə görünür. Telefonun arxasında isə barmaq izi oxucusu qarşımıza çıxır.
 
Gücünü Kirin 710 prosedurundan alan telefonda 4 GB RAM və 128 GB daxili yaddaş sahəsi istifadə edilir. Bundan başqa, microSD kart dəstəyinə malik olan telefonun yaddaşı  512 GB-a qədər arta bilir.

Telefonun arxasında üçlü kamera quraşdırılması yer alır. Ancaq bununla bağlı texniki məlumatlar hələ məlum deyil. Yalnız linzalardan birinin ultra geniş aspektli olacağı bilinir. Üçüncü sensorun isə dərinlik sensoru olacağı deyilir.

Huawei Y9 Prima 2019, USB-C girişi ilə birlikdə olacaq. 4.000 mAh batareyadan dəstək alacaq telefonda sürətli doldurma dəstəyi yoxdur.

Zümrüd yaşılı və safir mavi rəng variantları ilə birlikdə satışa çıxacaq telefonun qiyməti ilə bağlı hələ ki dəqiq bir məlumat yoxdur.

Y9 Prime 2019 1 Avqust günü satışa çıxacaq.

Nigar Həsənova
 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

Şəkər Bu Üsulla İnsanların Həyatını Xilas Edə bilər: Bəs Necə?

Görülən işlər nəticəsində xəstəliklərin orqanizmə verdikləri bioloji siqnalları izləyən, bədəninizdəki şəkəri istifadə edən bir sensor inkişaf etdirildi.
Washington

Samsung yeni məhsullarını yalnışlıqla nümayiş etdi

Fevral ayının 20-də Cənubi Koreya şirkəti Samsung San-Fransiskoda baş tutacaq təqdimatında bir çox məhsullarını nümayiş etdirəcək. Ancaq tədbirə 5 gün qalmı

“Ağıllı” zibil vedrəsi yaradıldı - 29 dollara - FOTO

“Ağıllı” zibil vedrəsi təqdim edilib.

Chip.az rus mətbuatına istinadən xəbər verir ki, zibil vedrəsinin qapa

Selena Gomez Instagram rəhbərini məyus etdi

Instagramın rəhbəri Adam Mosseri Selena Gomezin sözü gedən proqramı telefonundan sildiyi üçün məyus olduğunu söyləyib.

Chip.az xəbər veri

Huawei yeni əməliyyat sistemini təqdim etməyə hazırlaşır

Çin texnologiya nəhəngi Huaweidən ABŞ əməliyyat sistemi Androidin təqdim edəcəyi HongMengOSun artıq istifadəyə hazır olduğunu bildirib.

Chip.az