Kirayə götürdüyü avtomobilləri satdı – Özünə dəniz mənzərəli mənzil aldı

  • 24 İyul 2019
  • 60

Rusiyada Omsk vətəndaşı kirayələdiyi avtomobilləri sataraq özünə dəniz kənarında mənzil alıb.

Chip.az Avtosfer.az-a istinadən xəbər verir ki, şəxs internetdə avtomobil kirayəsi elanları taparaq, onların sahibləri ilə danışıqlar aparıb.

Görüş zamanı o, özünü ət istehsal edən iri şirkətin sürücüsü kimi təqdim edib. Avtomobilləri illik kirayəyə götürmək istədiyini bildirən şəxs müqavilə bağlayaraq bir ayını əvvəlcədən ödəyib.

Maşın sahibləri ona nəqliyyat vasitəsi ilə bağlı bütün sənədləri veriblər, bundan sonra icarəçi yoxa çıxıb.

Əvvəllər məhkum olunmuş 34 yaşlı dələduz, beşi xarici, biri isə yerli “Lada” markası olan 6 avtomobili satmağa müvəffəq olub. 34 yaşlı şəxs əldə etdiyi gəlirlə Krasnodar əyalətində dəniz mənzərəli mənzil alıb. Lakin ona mənzilə köçmək qismət olmayıb, onu həbs ediblər.

Polis dələduzluq yolu ilə ələdə edilib satılan nəqliyyat vasitələrinin axtarışına başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Azərbaycanda İKT sahəsində ən uğurlu qadınlar elan edilib

 Mükafat Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsində çalışan ən uğurlu qadınlara təqdim edilib.

 Təqdimat mərasimi Bakıda keçirilən Azərbayca

Far From Home-nin fraqmentləri bəzi detalları təsdiqlədi

Chip.az xəbər verir ki, “Far From Home” filmi üçün yayımlanan qısa bir giriş videosunda Marvel tamaşaçılara böyük bir ipucu vermiş oldu. Yeni təqdim olunan vid

Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2018” sərgisi ilə tanış olub

AZƏRTAC xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ra

Sürücülərə taxoqraf sistemi ilə nəzarət olunacaq

Chip.az xəbər verir  ki, tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Milli.Az-a verilən məlumata g

NASA Şamaxı rəsədxanasından istifadə edir – Rəsmi

Bunu Trend-ə NASA-nın günəş-yer fizikası departamentinin rəhbəri Nat Qopalsvami deyib.

On