Paltaryuyan maşının içinə alüminium falqa atın - Nəticəsinə inanmayacaqsız!

  • 23 İyul 2019
  • 83

Chip.az Turpkimi.com-a istinadən xəbər verir.

Həyatınızı asanlaşdıracaq ucuz və sadə vasitələr.

- Paltaryuyan maşının yaxşı işləməsi üçün davamlı olaraq dezinfeksiya edilməsi lazımdır. Buna həmin proses üçün lazım olan xüsusi yuyuculardan çox daha ucuz və sadə yolla nail ola bilərsiniz. Belə ki paltaryuyan maşınınızı təmizləmək üçün ağız qarqarasından istifadə edin. Yuyucu tozun qoyulduğu yerə yarım stəkan ağız qarqarası töküb yumağa başladığınızda paltaryuyan maşında yığılıb qalan bakteriya və göbələkləri öldürmüş olacaqsınız.

- Ağ paltarlarınız yuyulduqca saralır? Paltaryuyan maşına bir neçə ədəd aspirin tableti qoyun, paltarlarınızın ağ qalmasına kömək edəcək. Aspirində olan salisilik turşusu ağ paltarlarınızda yaranan saralmaları yox edir.

- Papaq, şlyapa kimi başınıza qoyduğunuz aksessuraların əzilməsini istəmirsinizsə, onları paltaryuyanda deyil, qabyuyan maşının üst rəfinə qoyub yuyun.

- Corabları isti su ilə yuduqda çirkdən tamamilə təmizləmirlər. Ən gözəl üsul onları soyuq suda yumaqdır.

- Paltardakı makiyaj ləkələrini çıxartmaq üçün üzqırxan köpükdən istifadə edin. Köpüyü ləkələrin üstünə sürtüb yumağa atın. Tərtəmiz olduğunu görəcəksiniz.

- Ağ paltarları yuyarkən yumşaldıcıdan istifadə etmək geyimlərin ağappaq olmasının mane olur. Əgər ağ paltarların rəngini açmaq istəyirsinizsə, yuyucu tozu və yumşaldıcı yerinə ağardıcı ilə yuyun.

- Bir qabda ilıq su ilə uşaq şampununu qarışdırın və daralmış geyimlərinizi 10-15 dəqiqə suda saxlayın. Daha sonra dəsmalla qurulayıb düz bir yerə sərin. Uşaq şampunu geyimlərinizi əvvəlki ölçüsünə qaytaracaq.

- Paltaryuyan maşının içinə alüminium falqa topası atsanız paltarlarınızı elektriklənməyə qoymayacaq.

- Paltarları yuyarkən rənglərinə görə deyil, materialına görə ayırın. İncələrlə müqayisədə qalın parçalar suyu daha çox əmir. Ona görə də müxtəlif materialda olan paltarları birlikdə yumaq ziyandır. Lakin ağ paltarlar istisnadır, yəni hər zaman ayrı yuyulmalıdır.

- Paltarda ot, torpaq, meyvə suyu kimi çətin çıxan ləkələri fenlə isidin. Daha sonra ləkələrin üzərinə yuyucu tozu töküb paltaryuyan maşına atın. Ləkələrin fenlə isidilməsi yuyucu tozunun həmin hissədəki təsirini artırır.

- Əgər yaş olan paltarı geyinmək məcburiyyətindəsinizsə, onu quru dəsmala sarıyın və yaşdan qurtulmaq üçün paltaryuyan maşına atıb fırladın.

- Paltarları çox qurutmayın, ütüləmək çətin olur. Lakin nəm paltarları ütüləmək asandır. Çox qurudulan paltarların üzərinə su tökərək ütü işinizi asanlaşdıra bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oyun və film

Game of Thrones-un sonuncu bölümünün görüntüləri yayımlanıb

Chip.az xəbər verir ki, taxt-tac oyunlıarının final bölümü 19 Mayda nümayiş olunacaq.

Videonu anlamaq üçün təbii ki, əvvəlki hissəni izləmək lazımdır

Doğulduğunuz ildə hansı oyun daha məşhur idi??

Chip.az IMDB təqdim etdiyi statistikaya görə məşhur oyunları sizə təqdim edir.

1984 - Excitebike (NES)