Yu-Gi-Oh! 20 illiyinə yeni anime-serialla gələcək

  • 23 İyul 2019

 

Chip.az geek.on-a istinad edərək bildirir ki, Yu-Gi-Oh! anime franşizası öz 20 illik yubileyi münasibəti ilə yeni serial buraxacaq. Daha ətraflı məlumat hələ ki, yoxdur. Yalnız animenin youtube kanalında, yeni anime-serialın anonsu və köhnə hissələrdən kadrları özündə birləşdirən video paylaşılıb.

Yu-Gi-Oh! – Kazuki Takahasinin müəllifi olduğu, Weekly Shonen Jump jurnalında dərc olunan və 1994-2004-cü illərdə çıxmış manqadır. Ümumilikdə manqanın satışları 40 milyon nüsxədən çoxdur. Əsas məşhurluq, eyni adlı anime-serialın işıq üzü görməsindən sonraya təsadüf edir.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır