Fast & Furious 9 çəkilişlərində baş verən qəza çəkimlərin dayandırılmasına səbəb oldu

  • 23 İyul 2019

Fast & Furious 9 (Sürətli və Qəzəbli 9) filminin çəkilişlərində baş verən dəhşətli qəza çəkilişlərin dayandırılmasına səbəb oldu.

Chip.az bildirir ki, çəkilişləri Böyük Britaniyada davam edən Fast & Furious 9-un mərkəzində dəhşətli qəza baş verdi. Verilən məlumatlara görə bir dublyor, çəkilişlər zamanı düşərək ağır yaralanıb. Həmin oyunçunun müalicə prosesi davam edir.

2001-ci ildən həyatımıza daxil olan və demək olar ki, hamının bir neçə dəfə izlədiyi film əfsanəsi Fast & Furious 9 filminin şəkilişləri davam edir. Ancaq setdə baş verən bir qəza, çəkilişlərin dayanmasına səbəb oldu.

Warner Bros-un Londonda yerləşən Leavesden studiyalarında çəkilişləri davam edən Fast & Furious 9-un setində bir dublyor, çəkilişlər zamanı düşərək ağır yaralanıb. Dünən baş verən hadisə, film qrupu tərəfindən də təsdiqlənib və çəkilişlərin dayandırıldığı bildirilib.

Xəstəxana əməkdaşları tərəfindən edilən açıqlamalara görə oyunçuya etdikləri ilk müdaxilənin ardından aktrisa xəstəxanaya nəql olunub. İlkin məlumatlara görə oyunçu ciddi beyin travması alıb və müalicəsi davam edir.

Fast & Furious 9-un çəkilişlərinə nə vaxt davam edəcəyi isə bilinmir.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır